Koronavirusun Hindistan ştammı ilk dəfə Çex Respublikasında qeydə alınıb. SİA xəbər verir ki, Çex Respublikasın Səhiyyə Nazirliyinin rəhbəri Pyotr Arenberqer jurnalistlərə açıqlamasında Hindistan ştammının Qrades Králové qəsəbəsində Hindistandan qayıdan bir tələbədə tapıldığını deyib.
"Koronavirusun Hindistan ştammı Hindistandan qayıdan bir tələbə tərəfindən ölkəyə gətirilib və görünən fakt Qrades Kralove qəsəbəsində təsdiqlənib", deyə nazirliyin rəhbəri bildirib.
Nazir universitetlərdə dərslərin hələ bərpa olunmadığını, bu səbəbdən də tez bir əlaqə sxemi qurmağın və infeksiyanın yayılmasının qarşısını almağın mümkün olduğunu vurğulayıb. Ölkənin Səhiyyə Nazirliyi, Çex Respublikasında İngilis, Cənubi Afrika və Braziliya koronavirus növlərinin artıq aşkar edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB