ABŞ yeni sanksiyalar tətbiq etdi Rusiyaya qarşı

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. SİA RenTV-yə istinadən xəbər verir ki, müvafiq sənədi Amerika Prezidenti Co Bayden imzalayıb və bu barədə Ağ Ev bəyan edib.

"Bu gün Co Bayden rəhbərliyi, hökuməti və kəşfiyyat xidmətlərinin ABŞ-ın suverenliyinə və mənafeyinə qarşı hərəkətlərinə görə Rusiyaya qarşı hərəkətə keçir", deyə bildirilir.

Bundan əlavə, ABŞ səlahiyyətliləri 10 rus diplomatı qovmaq qərarına gəliblər. Eyni zamanda, Federasiya Şurası Beynəlxalq İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarovun dediyinə görə, Rusiya bu addımı güzgü şəklində cavablandıracaq.

Xatırladaq ki, bir qədər əvvəl CNN öz mənbələrinə istinadən Rus diplomatlarının Vaşinqton və Nyu-Yorkdan çıxarılması və sanksiyaların tətbiq olunması barədə xəbər vermişdi. Bloomberg, Rusiyaya qarşı məhdudiyyətlərin "gələcək kiberhücumlara qarşı təsirli bir çəkindirmə məqsədi daşıyacağını" açıqlayıb. Bunun səbəbi, SolarWinds proqramına edilən haker hücumuna və ABŞ-da prezident seçkilərinə müdaxiləyə görə Rusiyanın məsuliyyət daşıdığına dair şübhələr idi. Rusiya tərəfi isə dəfələrlə bu cür ittihamları rədd edib. Görünür ABŞ tərəfi də öz bildiyindən və məqsədlərindən əl çəkmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə