Bayden İrana qarşı sanksiyaları bir il uzatdı

ABŞ Prezidenti Co Bayden, İrana qarşı 1995-ci ildə Bill Klintonun rəhbərliyi dövründə tətbiq olunan sanksiya rejimini bir il daha uzadıb. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat üçün açıqlamasında deyilir.

Qeyd olunur ki, Bayden, 1995-ci ildə İrana qarşı tətbiq olunan "fövqəladə vəziyyət" rejiminin bir il daha uzatdığına dair Konqresə bildiriş göndərib. Diqqətə çatdırılır ki, bu bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc ediləcək.
Göründüyü kimi, Co Bayden ABŞ-da hakimiyyətə gələndən sonra yalnız sanksiyalarla yadda qalır. Birləşmiş Ştatların bir çox ölkələrə, məsələn Rusiyaya da sanksiya tətbiqi ilə bağlı münasibəti də dünya ictimaiyyətinə bəllidir. Hətta bu barədə Rusiya rəsmilərinin də dəfələrlə mövqeyi, buna qarşı sözügedən ölkənin cavab reaksiyası olacağı bildirilib. Əlbəttə ki, İrana qarşı sanksiyalar da cavabsız qalmayacaq. Onsuz da bu vaxta qədər İran dəfələrlə ABŞ hökumətinə sanksiyaları ilə bağlı öz münasibətini bildirib. Heç şübhəsiz ki, bu dəfə də Baydenə cavabı İran tərəfin çox gözlətməyəcəyi ehtimal olunur. Hər bir halda, ABŞ-ın digər ölkələrə qarşı sanksiyalarla çıxış etməsi Ağ Evin təzyiq vasitələrindən istifadəyə meyilli olduğunu, həmçinin Co Baydenin strategiyasının artıq nədən ibarət olduğunu təsdiqləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə