Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan silahı qüvvələrinin baş qərargah rəisinin istefaya göndərməsi sənədini imzalamasının ardınca növbə prezident Armen Sarksyanın həmin sənədi təsdiq etməsinə çatıb. SİA xəbər verir ki, bu barədə ArmVoice teleqram kanalı yazır. Bildirilir ki, sənəd artıq Sarkisyanın masası üzərindədir, amma o, sənədə imza atmayıb.

Bu arada məlum olub ki, hazırda hökumət binasında olan Nikol Paşinyan erməni vaxtı ilə saat 16:00-da Respublika Meydanında bəyanatla çıxış edəcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə