YAP Qadınlar Şurası Dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunan müsabiqə keçirəcək

YAP Qadınlar Şurası Dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunan müsabiqə keçirəcək

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunan müsabiqə keçirəcək. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası YAP- ın üzvü olan alim, yazıçı, şair qadınlar arasında elmi, bədii, publisistik əsərlərin müsabiqəsini elan edir.

Müsabiqə Azərbaycan Respublikası müstəqilliyinin yenidən bərpa edilməsinin 20-ci ildönümünə həsr olunur. Müsabiqəyə təqdim edilən əsərlər mayın 25-dən sentyabrın 25-dək qəbul ediləcək. Müsabiqənin yekun mərasimi oktyabrın əvvəllərində keçiriləcək.Qaliblərə mükafatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə