İndi Xankəndindən tamamilə fərqli siqnallar gəlməyə başlayıb ANALİTİK+FOTOLAR

Yaxud, heç bir digər ağıllı erməni statusu gorbagor olan, cəhənnəmə gedən, Azərbaycanın qanunvericiliyində fəaliyyət göstərəcəyi gününə çox az qalan bir ərazidəki mülkə pul verib almaz

Orta hesabla, oradakı ermənilərin real sayı uzağı 60 minə qədər olub. Təbii ki, ermənilərin yalanlarının təməlində status iddiaları dayanırdı və bu iddialar darmadağın edildikdən sonra indi Xankəndindən tamamilə fərqli siqnallar gəlməyə başlayıb. Məlum olub ki, Rusiya sülhməramlılarının dəstəyi ilə geri dönmələri barədə yayılan xəbərlərə gerçək informasiyalar əlavə olunmur. Yəni faktlara əsasən, geri dönənlərin əksər çoxluğu (!) evlərini, mənzillərini, torpaqlarını satmaq üçün oraya gedirlər. Çox cüzi hissəsi isə Ermənistanda ya qohum-əqrabaları olmayanlardır, ya da oradakı ağır vəziyyətdə “qaçqın” statusunda yaşamaq istəməyənlər. Beləliklə, Qarabağa bütövlükdə 50 min erməni geri dönür və əvvəlki iddialardakı “150 min” yalanı ifşa edilir. Çünki ortadakı “100 min” erməni ümumiyyətlə yoxdur, olmayıb da!

Qarabağlı erməniləri təhqirlərə məruz qoyanlar kimlərdir?

Biz onu da unutmamalıyıq ki, bu gün və hər zaman Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında davamlı ədavətlər olub. Hətta müharibə zamanında da bu ədavət səngiməyib və hərbi əməliyyatlar vaxtı qaçaraq qaydada Ermənistana üz tutan qarabağlı ermənilərə əvvəl-əvvəl “humanizm” sərgilənirdisə, sondaran bu “humanizm” gerçək nifrətə çevrildi. Ermənistan erməniləri hər zaman qarabağlı ermənilərə görə öz övladlarını, ata və qardaşlarını qurban verdiklərini deyərək, daxillərindəki hiddətlərini gizlətmir, əllərinə düşən hər imkandan istifadə edərək, onları təhqirlərə məruz qoyurdular. Bu gün də belədir. Yalnız imkanlı, varlı Qarabağ erməniləri heç Ermənistana da deyil, Rusiyaya və Avropa ölkələrinə mühacirət etməyi planlaşdırırlar, mal-mülklərini satdıqdan sonra. Ancaq onların daşınmaz əmlak bazarları da artıq ölüb, sadəcə ağlayanı lazımdır. Çünki heç bir digər ağıllı erməni statusu gorbagor olan, cəhənnəmə gedən, Azərbaycanın qanunvericiliyində fəaliyyət göstərəcəyi gününə çox az qalan bir ərazidəki mülkə pul verib almaz...

Əks halda, bu məsələnin də - Zəngəzur və s. tarixi torpaqlarımızın geriyə qaytarılması faktoru gündəmdədir

Nəticə isə təxminən bu cürdür: Prezident İlham Əliyevin də vurğuladığı kimi, dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimizə beynəlxalq auditorlar dəvət olunur və onlar dəymiş zərəri qiymətləndirir, Azərbaycan dövləti beynəlxalq məhkəmələrdə Ermənistandan milyardlarla dollar həcmində təzminat tələb edir. Ermənistanın təzminatı ödəyib-ödəyə bilməyəcəyi, ya da necə ödəyəcəyi isə növbəti mərhələdədir. Əks halda bu məsələnin də, misal üçün - Zəngəzur və s. tarixi torpaqlarımızın geriyə qaytarılması faktoru gündəmdədir.

Lakin buna qədər Qarabağımızda başladılan bərpa-quruculuq işləri sürətləndirilir və on minlərlə qaçqın vətəndaşlarımız Xankəndi də daxil olmaqla öz doğma torpaqlarına geri dönürlər. Ermənilər isə ya Azərbaycan vətəndaşlığını qəbul edib normal insan həyatı yaşayırlar, ya da bunu istəməsələr geri dönürlər – onları gözləməyən, daim təhqirlərə məruz qalacaqları Ermənistana...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...