Terrorçu erməni keşişəri: monoməzhəb erməni faşizmi din pərdəsində ANALİTİK + FOTOLAR

XVIII əsrin əvvəllərindən etibarən Çar Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə edib. Ermənilər də Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilərdə sonralar öz dövlətlərini yaratmağa nail olublar. Bu işdə isə onlara açıq-aşkar dəstək verən erməni kilsəsi olub.Bu faktlar barədə kifayət qədər dəlillərə, sübutlara əsaslanan yazılar, məqalələr yer alıb.

Bu gün də hər zaman olduğu kimi, erməni kilsəsi daim türklərə, azərbaycanlılara qarşı amansız çağırışlar edir, xüsusilə, günahsız insanların qanlarının tökülməsinə açıq-aşkar "xeyir-dualarını" verir. Necə ki, birinci Qarabağ müharibəsində bütün ermənilərin katoikosu Vazgen azərbaycanlıların qanlarını tökməyə yollanan erməni faşistlərinə, terrorçularına "dualar" edirdi...

Ermənilər Allahın hansı əmrlərini heçə sayırlar?

Bu arada onu da xatırlatmaq olar ki, din və kilsə, xüsusilə xristianlıq pərdəsi altında qətliamlara imza atan, bunun üçün külli miqdarda vəsaitlər xərcləyən ermənilərin Qriqorian məzhəbli apostol kilsəsinin xaç dünyasının digər məzhəbləri tərəfindən lənətlənməsi faktları da mövcuddur. Misal üçün, bu gün və hər zaman əllərində silah dinc insanlara atəş açmaq üçün hazır olduqlarını təsdiq edən reallıqlar çoxsaylı fotolarda sübutunu tapır. Və belə olan halda isbat edilir ki, erməni "din adamları" müqəddəs İncildəki "Sülh istəyənlər və sülh yaradanlar bizdən olanlardır, çünki onlara Tanrı övldaları deyəcəklər" (Matfeydən. 5:9), yaxud "Öldürmə!" kimi Allah əmrlərini heçə sayırlar. Çünki bu kəlamlar onlara sərf etmir - istilaları, işğalları, müsəlman və türk qanlarını axıtmaları, terror törətmələri baxımından...

Xristian dünyası tərəfindən lənətlənmiş, anemafamaya məruz qalmış Qriqoriançılıq monoməzhəbi

Beləliklə, fakt həm də budur ki, ermənilərin apostol kilsələri hələ 451-ci ildə Bizansda lənətlənmişdi. Yəni anefamaya məruz qalmışdı. Bir halda ki, Qriqorian məzhəbliləri lənətlənmiş kilsə damğasını daşıyırlarsa, bu zaman erməni keşişlərinin nəyə görə bu qədər qaniçənlik obrazında fəaliyyət göstərmələrinə də kifayət qədər aydınlıq gəlməkdədir. Məhz bugünlərdə Azərbaycanın dinc, müharibəyə aidiyyatı olmayan insanlarına qarşı terror siyasəti yürüdən Ermənistana "xeyir-dua" verən erməni keşişləri özlərinin terrorçuluq xislətlərini açığa çıxarmaqda davam edirlər. Bir dində, məzhəbdə ki, yalnız ermənilər vardır, bir məzhəb ki, ermənilərdən başqa heç bir xristian dünyasında qəbul olunmur, demək ki, mnoetnik Ermənistanın özü kimi, elə erməni kilsəsi də moniməzhəbçiliyə xidmət edir. Yəqin ki, gec də olsa, bu gün xristianlıq pərdəsi altında "məzlum" obrazı yaradan erməni keçiçlərinin sonradan əllərində silah dinc insanlara qarşı terror törətmələri faktını xristian dünyasının digər təmsilçiləri də anlayacaqlar. Ən azından buna ümid etmək olar.

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, hər il İsraildə, İsa Məsihin doğulduğu mağarada ibadət etmək üçün yığışan müxtəlif məzhəbli xristian təbəqələri ayrıca monoməzhəb kimi təqdim olunan ermənilərin hücmlarına məruz qalırlar. Hətta bu gün ortodoks, yəni pravoslav yunanlara qarşı amansızlıq, dözümsüzlük sərgiləyən erməni keişləri həmin müqəddəs yerdə qan axıdırlar. Ancaq bu gün yunanlar nədənsə, ermənilərə qahmar çıxırlar, eləcə də digər xristan məzhəblərinin təmislçiləri. Amma unudurlar ki, bi gün erməni xisləti onları da haqlayacaq, bax onda çox gec olacaq...

Bütün xəbərlər Facebook səhifəmizdə