Berlində Azərbaycan və Ermənistan səfirlərinin mətbuat qarşısında debatı olub
27 oktyabr 2020-ci il tarixində Berlində fəaliyyət göstərən “korespondenten.cafe” jurnalist klubunda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov və Ermənistan Respublikasının Almaniyadakı səfiri Aşot Sumbatyanın mətbuat qarşısında debatı təşkil olunub.
SİA xəbər verir ki, tədbirin aparıcısı, “korespondenten.cafe” jurnalist klubunun rəhbəri Evald Köniq ilkin olaraq giriş nitqi ilə çıxış etmək üçün səfirlərə söz verib. Daha sonra səfirlər jurnalistlərin suallarını cavablandırıblar.
Səfir Ramin Həsənov artıq 1 aydan bəri Azərbaycan torpaqlarında müharibənin getdiyini bildirib. Qeyd edib ki, təqribən 30 il bundan əvvəl Ermənistan güc yolu ilə Azərbaycan torpaqlarının 20%-ini zəbt edib və orada etnik təmizləmə aparıb. Münaqişə ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub, amma məcburi xarakter daşıyan bu qətnamələr icra olunmayıb. Həmçinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 30 il yaxın aparılan danışıqlar uğurlu nəticə verməyib. Bu illər ərzində Ermənistana yetəri qədər təzyiq göstərilmədiyi üçün bu ölkə nəinki zəbt etdiyi torpaqları işğal altında saxlamağa, eyni zamanda ölkəmizə qarşı verbal və əməli provokasiyalar etməyə cəsarət edib. Səfir bu xüsusda Ermənistanın Baş naziri Paşinyanın hakimiyyəti dövründə ölkəmizə qarşı ard-arda edilən təxribatlar barədə məlumat verib və onun “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vurğulayıb.
Səfir Həsənov bildirib ki, 27 sentyabr tarixində Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribata nəhayət Azərbaycan Ordusu əks-hücumla cavab verib və işğal olunmuş torpaqları azad etməyə başlayıb. Nəticədə təmas xətti və status-kvo tamamilə ləğv olunub. Bü müddətdə Ermənistan tərəfi Azərbaycanın mülki obyektlərini hədəfə alıb və edilən hücumlar nəticəsində çoxsaylı mülki şəxs həlak olub. 10 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə ballistik raketlərlə edilmiş hücumlar nəticəsində uşaqlar da daxil olmaqla ümumilikdə 25 mülki şəxs həyatını itirib.
Azərbaycan diplomatı münaqişəyə dair erməni təbliğatının yaydığı yalanlara toxunub. Dağlıq Qarabağın guya Azərbaycana Stalin tərəfindən verilməsi, bölgənin keçmiş SSRİ-nin qanunvericiliyi çərçivəsində Azərbaycandan ayrılması kimi tarixi yalanları faktlarla ifşa edib. Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyin etmə prinsipinin əslində erməni tərəfindən sui-istifadə edildiyini, bu prinsipin Dağlıq Qarabağdakı ermənilərə şamil edilməsinin mümkün olmadığını, bölgənin erməni icmasının Azərbaycanda yaşayan digər milli azlıqların istifadə etdikləri hüquqlarla təmin edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Səfir həmçinin hazırki hərbi əməliyyatlarla bağlı yayılan qeyri-obyektiv və uydurma məlumatlardan bəhs edib. Ermənistanın guya Azərbaycanla yanaşı Türkiyə ilə də müharibə aparması iddiasına toxunub. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Amma bu ölkə münaqişənin iştirakçısı deyil və Azərbaycan hərbi əməliyyatları öz gücünə həyata keçirir. Ramin Həsənov eyni zamanda Azərbaycanda guya Yaxın Şərqdən muzdluların döyüşməsi barədə iddianın absurd olduğunu, buna dair indiyədək bir dənə də olsa sübutun təqdim edilmədiyini vurğulayıb. Qeyd edib ki, bütün bu mifləri Ermənistan tərəfi hərbi əməliyyatlarda Azərbaycana məğlub olmasına bəraət qazandırmaq üçün yayır. Səfir həmçinin əsassız yerə Türkiyənin münaqişədə iştirakçı olduğunu iddia edənlərin Ermənistanın pulsuz silahla təchiz edilməsi və onun ərazisində xarici ölkənin hərbi bazasının olması faktlarının gözardına almalarını tənqid edib.
Azərbaycan səfiri həmçinin hərbi əməliyyatlarda Azərbaycanın guya Dağlıq Qarabağdakı mülki obyektləri nişana alması və ya qadağan olunmuş silahlardan istifadə etməsi barədə xəbərlərə də toxunub. Qeyd edib ki, bu məlumatlar reallığa uyğun deyil. Azərbaycan hərbi əməliyyatlar başlayandan bölgənin erməni mülki əhalisinə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırış edib. Ermənistan tərəfi isə Azərbaycanın hətta cəbhəyanı bölgədə yerləşməyən yaşayış məntəqələrinə məqsədli şəkildə hücumlar edir, mümkün qədər çox mülki şəxsi qətlə yetirməyə çalışır. Ermənistan tərəfindən törədilmiş insanlığa qarşı müharibə cinayətləri nəticəsində bugünə qədər 65 mülki şəxs həyatını itirib.
Ramin Həsənov həmçinin münaqişənin həlli imkanlarından danışıb. Qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq öz ərazi bütövlüyünü bərpa edir. Ermənistan işğala könüllü şəkildə son qoymaqla qan tökülməsinin qarşısını ala bilər. Səfir bildirib ki, işğalçı qüvvələrin çıxarılmasından sonra azərbaycanlı məcburi köçkünlər geri qayıtmalı, işğalçı qüvvələr tərəfindən viran edilmiş məntəqələr bərpa edilməlidir. Azərbaycan Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının dinc və təhlükəsizlik şəraitində birgəyaşayışını təmin etməyə hazırdır.
Azərbaycan diplomatı o cümlədən Ermənistanın indiyədək münaqişənin həllindən yayınması və status kvonu bərkitməklə məşğul olması barədə danışıb. Vurğulayıb ki, qonşu ölkənin ərazisində etnik təmizləmə aparan, Xocalıda mülki əhaliyə qarşı soyqırımı həyata keçirən, yüz minlərlə azərbaycanlını 30 ildən bəri vətəndən məhrum edən bir ölkənin insan hüquqlarından danışmağa mənəvi haqqı çatmır. Səfir Azərbaycanın Bakı və digər şəhərlərində minlərlə erməni əsilli vətəndaşların yaşamasına istinadən, Ermənistanın öz işğalçı siyasətinə guya Dağlıq Qarabağ ermənilərini etnik təmizləmə riskindən müdafiə etmək donu geyindirməsinin sağlam məntiqə sığmadığını vurğulayıb. Bildirib ki, Ermənistanın dərc etdiyi xəritələrdə Dağlıq Qarabağ ətrafındakı 7 rayonunun qondarma rejimin ərazisi kimi göstərilməsi, bu torpaqlarda müdafiə istehkamları inşa etməsi, eləcə də Ermənistan rəhbərliyinin bu torpaqların Azərbaycana qaytarılmayacağına dair bəyanatları onu göstərir ki, guya Dağlıq Qarabağdakı ermənilərin müdafiəsi əslində işğalçı siyasəti pərdələmək üçün bəhanədir.
Səfir həmçinin beynəlxalq birliyin atəşkəsə çağırmaqla yanaşı işğala son qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməsinin vacib olduğunu bildirib. O, Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini qeyd edib, eyni zamanda bu ölkəni Ermənistana beynəlxalq hüquqa əməl etməsi üçün təsir etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Madyar” ukraynalılara müraciət edib...
Dünya 20:08Əhməd Yusifov dünya çempionu olub
İdman 19:17“Dünya böyük qarışıqlıq həddindədir...”
Dünya 19:08Millimiz Litvanı məğlub edib
İdman 19:03Səudiyyə Ərəbistanı məşhur “Joy Awards” mükafatını ləğv edir
Şou-Biznes 18:42Gəncədə zəhərlənən şəxslərin adları məlum olub
Hadisə 18:37Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olunub
Sosial 18:22Gəncədə iki nəfər zəhərlənib
Səhiyyə 18:17Lukaşenko Kremlin planlarından sarsılıb...
Dünya 18:06Əhməd Yusifov finalda...
İdman 18:02Hücumçu Şotlandiyanın ümidinə çevrilib...
İdman 17:47Yəməndə müharibə yenidən kəskinləşir
Dünya 16:37Avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
Hadisə 16:15Merz bir ildən sonra ilk dəfə Kiyevdə
Dünya 11:57BMT Konqresində bu dövlətlərə söz verilib
Siyasət 10:29İran səfiri Gürcüstanı niyə qəzəbləndirdi? - AKTUAL
Siyasət 10:04İngilislərdən çexlərə 7:0 hesablı FUTBOL DƏRSİ!
İdman 06:05Diş həkiminə görə arvadını bıçaqladı...
Hadisə 05:04Gürcüstan 1 ildə fındıq satışından 188 milyon dollar qazanıb...
İqtisadiyyat 04:22Ermənistanın törətdiyi Gəncə terrorundan 6 il ötür
Siyasət 03:05Mirzoyan bu gün İrana gedir
Siyasət 02:25Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
Sosial 00:03"Cənnətin iqamətgahı" filmi təqdim olunub
Mədəniyyət 3 Oktyabr 23:19ABŞ-da 6 nəfər sərnişin olan təyyarə radarlardan itib
Dünya 3 Oktyabr 23:03Sabah Bakının bu ərazilərində işıq olmayacaq
Sosial 3 Oktyabr 22:31"Turan Tovuz" "Fənərbaxça"ya uduzdu - YENİLƏNİB
İdman 3 Oktyabr 22:19İstanbulda geniş ƏMƏLİYYAT - 7 nəfər saxlanılıb
Dünya 3 Oktyabr 22:02İşlənmiş avtomobil bazarında mövcud ən etibarlı Audi modelləri...
Texnologiya 3 Oktyabr 21:52“Nostalji yox, yeni təcrübə...”
Dəb 3 Oktyabr 21:28Milli yaddaşdan milli gücə: dövlətçilik və mənəvi dəyərlərin vəhdəti
Siyasət 3 Oktyabr 21:10Ağılın aydınlığını qorumağa kömək edən uzunömürlü insanların vərdişi
Sosial 3 Oktyabr 21:0560 yaşdan yuxarı insanların yeməli olduğu üç növ balıq...
Sosial 3 Oktyabr 20:52Onun rusiyalı “bayker-casus” olduğu ortaya çıxıb...
Dünya 3 Oktyabr 20:28ISW: Putinin açıqlamaları halüsinasiyalara bənzəyir...
Dünya 3 Oktyabr 20:05Moskva özü Krım körpüsünə hücumlara yol açdı...
Dünya 3 Oktyabr 19:4915 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
Sosial 3 Oktyabr 19:37Rusiya ordusu Ukraynanın bütün cəbhələrində dayandırılıb...
Dünya 3 Oktyabr 19:27Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sosial 3 Oktyabr 19:24Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
Hadisə 3 Oktyabr 19:16“Rusiya onu nə gözlədiyini anlamır”..?
Dünya 3 Oktyabr 19:06Media: Lukaşenko “Taliban”a silah və dron satır...
Dünya 3 Oktyabr 18:51Moskva vilayətində kimya zavodunda yanğın olub, beş nəfər ölüb
Dünya 3 Oktyabr 18:45Pakistan tibb təhsili alan əfqan tələbələri ölkədən çıxarır..?
Dünya 3 Oktyabr 18:27Ən kütləvi təslim: Rusiyalı hərbçilər aclıq və tükənmədən danışıblar...
Dünya 3 Oktyabr 18:05Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 16 %-dən çox artıb
İqtisadiyyat 3 Oktyabr 17:28Zəfərdən sonra əsas məsələ
Siyasət 3 Oktyabr 17:223 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
Siyasət 3 Oktyabr 17:17Yüksək dağlıq ərazilərə qar yağır
Sosial 3 Oktyabr 16:57Partiyamızın VIII qurultayı və qarşıda dayanan vəzifələr
Siyasət 3 Oktyabr 16:54DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Sosial 3 Oktyabr 16:06“Azərbaycanın beynəlxalq nüfuzu yeni reallıqlarla möhkəmlənir” -DEPUTAT DANIŞDI
Siyasət 3 Oktyabr 15:36“Azərbaycan uzun illər beynəlxalq enerji bazarında əsasən xam neft ixracatçısı kimi tanınıb“
Siyasət 3 Oktyabr 15:27"Ümummilli liderin qayıdışı Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu" - DEPUTAT
Siyasət 3 Oktyabr 15:08“Azərbaycanın enerji strategiyası regional və qlobal rolunu gücləndirir“ -DEPUTAT DANIŞDI
Siyasət 3 Oktyabr 15:07“YAP-ın yaradılması Azərbaycanın gələcək qələbələrinə yol açdı“ -DEPUTAT DANIŞDI
Siyasət 3 Oktyabr 14:59ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür
Sosial 3 Oktyabr 14:35"Heydər Əliyev siyasi kursu Azərbaycanın gücünün əsas dayağıdır" - DEPUTAT
Siyasət 3 Oktyabr 14:34“Orta Dəhliz Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından birinə çevrilə bilər” -İQTİSADÇI
İqtisadiyyat 3 Oktyabr 14:15Bakıda bir neçə yolda sürət həddi endirilib
Sosial 3 Oktyabr 14:06Cəbrayıl-Zəfərdən dirçəlişə - MƏQALƏ
Siyasət 3 Oktyabr 13:20"Bişmiş və çiy məhsullar soyuducuda bir-birinə yaxın saxlanılmamalıdır" - QİDA MÜTƏXƏSSİSİ
Sosial 3 Oktyabr 13:14Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Sosial 3 Oktyabr 13:06"Həddindən artıq dərs yükü uşaqların psixoloji yorğunluğuna səbəb olur" - PSİXOLOQ
Sosial 3 Oktyabr 13:05"Böyük Qayıdışın növbəti mərhələsində investisiya imkanları genişlənəcək" - POLİTOLOQ
Siyasət 3 Oktyabr 13:03Özəl xəbərlər
Digər xəbərlər“Azərbaycanın beynəlxalq nüfuzu yeni reallıqlarla möhkəmlənir” -DEPUTAT DANIŞDI
Siyasət 3 Oktyabr 15:36“Azərbaycan uzun illər beynəlxalq enerji bazarında əsasən xam neft ixracatçısı kimi tanınıb“
Siyasət 3 Oktyabr 15:27
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



