Anar Xəlilov: “Erməni separatçılarının cəzasını Azərbaycan ordusu verəcək” ÖZƏL-RƏY

“Ermənistan döyüş meydanında hər gün ağır məğlubiyyətə düçar olduqca müxtəlif vasitələrlə əl atmaqla beynəlxalq aləmdə yazıq imici qazanmağa çalışır. Bunun üçün onlar ən şərəfsiz əməllərə əl atmaqdan belə çəkinmirlər. Şuşada kilsəni özləri partlatmaqla xristian dünyasının nəzərlərini cəlb etməkdən tutmuş, qocaları, uşaqları, qadınları müharibə meydanına gətirməklə guya xalq döyüşür obrazı yaratmaq kimi sərsəm metodlara əl atırlar”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib. A. Xəlilovun sözlərinə görə, uşaqların, qocaların əlinə silah verib şəkil çəkdirmək bu vasitələrdən təbliğat kimi istifadə etməyin insani dəyərlərə sığmır: “Bu əməllər cinayətdir və beynəlxalq konvensiyalara ziddir. Əslində Ermənistanın terrorçu hakimiyyətinin bu əməlləri beynəlxalq insan hüquqları və uşaq təşkilatları tərəfindən pislənməlidir. Yəqin ki, bu terrorçu hakimiyyətin rüsvayçı məğlubiyyətindən sonra məhz erməni cəmiyyəti özü onları mühakimə edərkən bu əməllərini də cinayət işinə əlavə edəcəklər. Sosial şəbəkələrdən və xarici KİV-dən əldə etdiyimiz məlumatlarda da görürük ki, erməni hakimiyyəti bu gün Azərbaycanın işğal olunmuş ərazilərində döyüşmək üçün vətəndaşlarını zorla küçələrdən tutub müharibə zonasına göndərir. Bir foto da isə aydın görünür ki, balaca qızcığazın əlinə zorla silah verib təbliğat üçün şəkil çəkirlər bu zaman qız qorxudan ağlayır. Bu səhnənin özü çox çirkin və qeyri insani hərəkətdən xəbər verir. Qocalar evindən yaşlı kimsəsiz insanlara hərbi paltar geyindirərək təbliğat vasitəsi kimi istifadə etmək şərəfsizlikdir”.

A.Xəlilov onu da bildirdi ki, döyüş meydanında Azərbaycan ordusuna uduzaraq, havadarlarının lazımi dəstəyini əldə edə bilməyən erməni şərəfsizləri bütün çirkin vasitələrə əl atırlar: “Bu çirkin əməllərdən erməni cəmiyyətini və Azərbaycanın işğal olunmuş ərazilərini, bu ərazilərdə olan terrorçuları məhv etməklə Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qurtaracaqdır. Beynəlxalq aləmin bu gün tutduğu ikili mövqe bu cinayətkarları məsuliyyətə cəlb etməyəcək və ermənilərin cəzasını Azərbaycan ordusu verəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...