Erməni cəmiyyətinin dağılmış yazıq, məzlum obrazı TƏHLİL

Uzun zamandır ki, Ermənistan istər diplomatik, istərsə də hərhansı müstəvidə siyasi manevrlər edirdi. Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı işğal edənlər bu işğala, terrora, separatçılığa, soyqırım siyasətinə bəraət qazandırmaq üçün müxtəlif yollara, daha doğrusu hiylyə əl arırdı və indi də bu hiyləsini davam etdirməyə çalışır. Amma Azərbaycan Ordusu silaha sarsılan, düşmən təxribatlarına layiq cavab verən, işğalçılar geri oturdulan, torpaqlarımızın bir hissəsi geri alınan zaman Ermənistan daha fərqli şəkildə hiyləgərlik sərgiləməyə başlayıb. Sanki, bu anda Ermənistan az öncə hədə ritorikası ilə danışan işğalçı ölkə deyil. Yenə də məğlubiyyətləri fonunda ermənilər yazıq, məzlum görkəm almağa başlayıblar və özünü əzilən, haqları tapdalanan tərəf kimi dünyaya göstərməyə çalışırlar.

Xatırladaq ki, erməni baş nazir bundan əvvəl münaqişənin sülh yoluyla həlli ilə bağlı hər müzakirədə Dağlıq Qarabağın Azərbaycanla ayrılıqda müzakirə aparmasının vacibliyini deyirdi. Guya ki, Azərbaycan öz torpaqlarında qurulan qondarma respublika ilə danışıqlar aparmalı imiş. Bu hərhansı hüquqa sığmır, öz yerində, eyni zamanda hərhansı məntiqə də uyğun gəlmirdi ki, belə bir təklifin qəbul olunmasını ermənilər yuxularında belə görə bilməzdilər. Yeri gəlmişkən ermənilər yuxularında indi tamam başqa şeylər görürlər və öz yuxularını tamamilə qarışdırıblar. Sözsüz ki, əgər gözlərinə yuxu gedirsə.

Diqqət etdikdə görürük ki, hər zaman tamam başqa-başqa variantlar, təkliflər irəli sürülüb Ermənistan tərəfindən. Sürülən təkliflər də bir-birini təkzib edib. Məsələ burasındadır ki, elə ilk əvvəldən ermənilərin bütün fikirləri, iddiaları absurddur. Onları da bu absurd fikirlərə sövq edən təbii ki, torpaq iddiaları, işğalçılıq siyasəti və maralarıdır. Ermənistana həqiqət, reallıq lazım deyildi ilk əvvəldən və lazım olan yalnız qonşu dövlətdən torpaqlar zəbt etmək idi ki, hansısa dövr ərzində buna nail oldu və indi bu torpaqlardan çəkilmək, qaçmaq məcburiyyətində qalıb. Belə bir məcburiyyət isə işğalçı ölkənin hay-küy salaraq bütün dünyanı münaqişə ətrafına cəlb etmək kimi bir addımı ilə nəticələnib və bunu başa düşmək çətin deyil. Çünki, erməni hərbçilərinin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcəyi reallığını özləri də əvvəldən bilirdilər və indi bu reallıqla qarşılaşan ermənilər haray-həşir salmaqla özlərini xilas etməyə, daha doğrusu, kimlərinsə onları xilas etməsinə çaşışırlar.

Diqqət çəkən ən əsas məqam erməni diplomatiyasının indi dağılmış obrazıdır. Harda qalıb bu diplomatiyanın hədə ritorikası ki, indi yalvararaq xilas umurlar? Bu hallarını əvvəlcədən bilən işğalçı dövlət səlahiyyətliləri hansısa qonşu ölkə, lap elə “böyük qardaş” müdaxiləsinə, yardımına ümid etməklə şeşələnməyi diplomatiya hesab edirdilər, yoxsa, bunu öz gücləri bilirdilər? Yaxud, bir zaman Dağlıq Qarabağın ayrılıqda danışıqlara getməli olduğu iddiası ilə çıxış edənlər indi niyə qondarma Qarabağ rejiminin ordusunu döyüşə göndərmir və bu orduya etibar etmir? Deməli, danışıqlara qondarma rejim tək getməlidir, amma döyüşə yox? Çox absurd bir yanaşmadır. Həqiqətən də məntiqsiz iddia idi və bunu Azərbaycan tərəfi bundan əvvəl də bəyan etmişdi. İndi heç şübhəsiz ki, dünya ictimaiyyəti, beynəlxalq aləm Ermənistanın qondarma Qarabağda necə canfışanlıq etdiyini yaxşıca müşahidə edir. Amma onlardan kömək gözləyən uman ermənilərdən sual etmirlər ki, niyə axı indi qondarma respublika Qarabağın yerinə Ermənistan vuruşur? Yaxud niyə indi döyüşə Rusiya hərbçilərinin, hərbi texnikasının qatılması arzusu və ümidi ilə ruslara yalvarırlar və dünya dövlətlərinin, beynəlxalq təşkilatlarının da işə qarımasını istəyirlər? Soruşmaq aylb olmasın, dünya dövlətilərini, beynəlxalq təşkilatları kömyə çağıran Ermənistan BMT kimi bir qurumu, onun qətnamələrini hesaba aldı ki, indi belə beynəlxalq təşkilatlara üz tütür? Yaxud, BMT və onun timsalında digər beynəlxalq təşkilatlar ermənilərə demirmi ki, 30 ilə yaxındır bir dənə beynəlxaq təşkilatın qərarını, qətnaməsini, beynəlxalq hüququn norma və prinsplərini pozanda niyə yada düşülmürdü bu təşkilatlar, eləcə də dünya ictimaiyyəti?
Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağın, orada yaşayan əhalinin taleyinə yanan, acıyan kimi özünü təqdim edir. Bax ən maraqlı məqam da elə budur. Əvvəla, Dağlıq Qarabağın halına acıyan oranı viran qoymazdı, necə ki, ötən əsrin 90-cı illərində işğalçı ermənilər həmin əraziləri darmadağın elədilər. Dağıdılmayan yaşayış yeri, viran qoyulmayan maddi mədəniyyət abidəsi, dini tikili qoyulmadı həmin ərazilərdə ermənilər tərəfindən. Müsəlmanların ibadətgahı olan məscidləri viran qoyub, oranı mal-qara tövləsi kimi istifadə edən insanlar dünyaya demokratiya, tolerantlıq nümunəsi göstərirlərmi? Belə bir iddiada olanların ağzı əyilər və əyilməsə də onu əyərlər, necə ki, indi hamı bunun şahididir cəbhə xəttində. Belə bir durumda təbii ki, üz tutduqları təşkilatların, ölkələrin də deməyə sözü qala bilməz. Az qala 30 ildir işğalda saxladıqları ərazilərdə bircə dənə tikilini restavrasiya ediblərmi? Söhbət müsəlman məbədlərində irsi arnamentlərin pozularaq orada xristian xaçlarının yerləşdirilməsindən getmir və bu restavrasiya deyil, tamam başqa bir şeydir. Bu kimlərəsə məxsus mənəvi sərvətlərin həyasızlıqla mənimsənilməsi kimi iyrənc siyasətin yeridilməsidir.

Özlərini yerli əhali kimi, Qarabağı öz torpaqları kimi təqdim edən, burada uzun əsrlər boyu mövcudluğunu iddia edən erməni niyə öz tarixi abidələrini dağıtmalıdır, əgər o abidə onunkudursa? Bu qədər sadə, bəsit həqiqəti dünyanın nüfuzlu beynəlxalq təşkilatları, özünü demokratiya beşiyi kimi təqdim edən ölkələri başa düşmür yoxsa?

Yəni, ermənilərin, işğalçı tərəfin iddiaları reallığa uyğun gəlmir. Öz tarixi torpaqlarında yaşayan xalq onun maddi mədəni abidələrini qorumaqda maraqlı olmalıdır, dağıtmaqda yox. Çünki, hər bir xalqın tarixi kökünü, mənsubiyyətini təsdiq edən məhz həmin maddi mədəniyyət abidələridir. Ermənilərin bu obyektləri dağıtması təsdiq edir ki, həmin maddi mədəniyyət abidələri onlara məxsus deyil, həmin o ərazilərdə olan abidələrə onlar yad münasibət bəsləyirlər və bu da o deməkdir ki, ermənilər həmin ərazilərdə yaddırlar. Bu fakt özü beynəlxalq təşkilatlar üçün real arqument olmalı idi bu zamana qədər. Əgər haqq-ədalət istəyi var idisə, bu arqumentlərin köməyi ilə Ermənistan qarşısında dilemma qoyula bilərdi bu vaxta qədər, əraziləri tərk etmək dilemması. Ən azından maddi mədəniyyət abidələrinin dünya sərvəti olması baxımından da olsa müəyyən sanksiyalar tətbiq edilməli idi.

Başqa bir tərəfdən, ermənilər hər zaman Qarabağ əhalisinin halına yanan kimi özlərini göstərirlər. Soruşmaq ayıb olmasın, Qarabağ əhalisinin halına yananlar həmin ərazilərdə yaşayan, bu torpaqların əzəli və əbədi sahibi olan 1 milyon insanı, qaçqın və məcburi köçkünü öz yürd-yuvasından didərgin salarmı? Bəyəm Qarabağ əhalisi ancaq ermənilərdən təşkil olunmuşdu ötən əsrin 90-cı illərinə qədər? Ötən əsrin sonlarına qədər orada azərbaycanlılar yaşamırdılarmı? Sonra da etnik təmizləmə siyasəti aparıldı. Özü də bilərəkdən. Məhz bu çirkin niyyətlərini və Qarabağ əhalisinin halına yanmaq kimi bəhanələrini ortaya qoymaq üçün.

Əslində, beynəlxalq təşkilatlar işğalçı dövlət qarşısında belə bir sual qoya bilərdi ki, Azərbaycana məxsus bu ərazilərdəki əhalinin qeydinə indi Ermənistan qala bilir, ən azından, buna hüququ olduğunu iddia edə bilir, amma öz dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların, qaçqın və məcburi köçkünlərin Azərbaycan qeydinə qala bilmirmi? Əgər, təbii ki, beynəlxalq təşkilatlar bu reallığı, bu məntiqi qəbul etmək, bu prizmadan, həqiqət prizmasından çıxış etmək, ədalətin tərəfində olmaq istəyirdisə. Bu hansı məntiqə sığışır ki, gəlib başqasının, qonşu ölkənin torpağını işğal edəsən, zəbt edəsən, orada süni və düşünülmüş şəkildə öz vətəndaşlarını məskunlaşdırasan, sonra da işğala məruz qoyduğun ölkə öz halal torpaqlarını tələb edəndə müharibəyə qalxasan ki, bəs mən işğal etdiyim ərazinin xalqını müdafiə edirəm, onun halına yanıram? Bu qədər həyasızlığı bəşər tarixi görə bilməz və indi bəlkə də elə beynəlxalq təşkilatların özünün də gözləri bu həyasızlığa görə bərəlib.

Özləri barədə, ağıllarına belə gəlməyən ərazilərin onlara mənsub olmaları haqda dünyaya hay salan hayları, yazıq, məzlum, yalvarış edib xilas diləyən kimi tamam başqa gözdə görür indi dünya ictimaiyyəti. Azərbaycanın qətiyyətli Prezidentinin siyasi iradəsi, rəşadətli ordusunun şücaəti, vətəndaşlarının vətənpərvərlik ruhu, milli birliyi qarşısında aciz duruma düşən işğalçı dövlət nəinki döyüşü, ümumiyyətlə, hər şeyini uduzub. Vətəninin müdafiəsinə qalxan igid Azərbaycan oğullarının qarşısında ilk gündən tab gətirməyən işğalçılar yenə də öz ənənələrinə uyğun şəkildə yalvarış ritorikasına keçiblər. Erməni cəmiyyətinin dağılmış yazıq, məzlum obrazı artıq dünyanın yaddaşından silinməməlidir. Artıq bütün dünya bilməlidir ki, işğalçı ölkə, işğalçı erməni toplumu hər an olmayan simasını dəyişib terrorçuya çevrilə bilir. Bir qədər əvvəl separatçılıq edərək ad çıxaran və bununla qürrələnən erməni cəmiyyəti əməllərinin müqabilində burnu ovulduğunda yenə də məzlum sifətə düşüb, yazıq görkəm alacağını bilməlidir beynəlxalq aləm və simasını dəyişən simasızlar unudulmamalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə