Yaxud, cəbhəçi fəal AXCP səədrinin ətrafının “təqdimat” başlığında hansı qürsura yol verib?

AXCP sədri Əli Kərimlinin nəinki cəmiyyət arasında, eləcə də müxalifət düşərgəsində heç bir nüfuzunun olmaması reallığı hər zaman olduğu kimi, ya bəytərifi, ya da özünüreklam vasitəsi ilə ört-basdır edilir. Lakin şüar xarakterli, populuzmə söykənən ört-basdırlar sözün əsl mənasında kənardan çox gülünc, istehzadoğurucu şəkildə görünməkdədir.

Məhz bu xüsusda əldə etdiyimiz daha bir məlumat sözügedən məsələni ehtiva etməkdədir. SİA xəbər verir ki, AXCP-nin rəyasət heyətinin üzvü Nicat Abdullazadə ağası Əli Kərimlinin siyasi reputasiyasının get-gedə uçuruma yuvarlanmasından bərk əndişə keçirib və elə ağasının da tapşırığı əsasında onun reaklamını həyata keçirməyə çalışıb. Amma bu reklam çox ucuz və uğursuz alınıb.

Eqoizm, populizm, pafos və təkəbbür!

Məsələ ondadır ki, N.Abdullazadə AXCP sədrinin yaxın ətrafının şəkillərini sosial şəbəkədə paylaşaraq, onları “Əli Kərimlinin yenilməz batalyonu” adlandırıb və bununla da özünü və sədrini, eləcə də yaxın ətrafını gülünc vəziyyətə salıb. Eqoizm və təkəbbür xarakteri də daşıyan bu cür yanaşmaya başqa cür ad vermək olmur, amma bəri başdan deyə bilərik ki, vaxtilə mübarizlik təcəssümünü təbliğ edən bir filmimizdə - “Yenilməz batalyon”dakı sadə əsgər obrazlarını gətirib dövlətini, xalqının maraqlarını xarici qüvvələrə satan Əli Kərimli və ətrafı kimi satqınlara calamaq cəhdi sadəcə səviyyəsizlikdir, siyasi, ya da digər hallardakı səviyyəsizlik!

Ancaq daha yaxşı olardı ki, N.Abdullazadə ağası Əli Kərimlini və yaxın ətrafını tamamilə ayrı obrazlara bənzədərdi, məsələn “Əlibaba və 40 quldur” filmindəki quldurbaşına və onun quldurlarına. Çünki pul-para hərisliyindən tutmuş, dünya malına görə bir-birlərini didən həmin “zümrəni” başqa cür təsəvvür etmək də mümkün deyil. Bunun isə sübutları var.

Biri sadomazoxist, o biri təhqir maşını, digəri qara kassa, daha biri də minnətqoyan sui-istifadəçi...

AXCP sədrinin 40 quldurundan biri onun istefa vermiş müavini Fuad Qəhrəmanlıdır. Həmin F.Qəhrəmanlı ki, əyalını, qız övladlarını vəhşicəsinə, sadomazoxistcəsinə döyüb, bunu “qəhrəmanlıq” kimi görüb. Onun ailəsi bundan güc-bəla ilə, məhkəmə yolu ilə uzaq durmağa çalışdı. Yoldaşının barmağını, uşağının dizini sındırdı və bu gün də onları müxtəlif yollarla təhdid etməkdən çəkinmir.

Yaxud, sosial şəbəkələrdə tanıdı-tanımadı hər kəsi təhqir edən, cinayət məsuliyyətinə cəlb edildikdən sonra belə cəzaçəkmə müsəsisəsində qanunsuz soyuq silah gəzdirən, xuliqanlıq əməllərinin sayı hesabı olmayan Məmməd İbrahim. Bir adam ki, 17 yaşlı oğlunu da öz çirkin əməllərinə sövq edərək, Milli Məclisdə dağıntılar törətməyə göndərirsə, ona quldur adınan başqa hansı adı vermək olar?

Yaxud götürək Əli Kərimli üçün çirkli pulları “yuyan”, onun qara kassiri kimi tanınan Aqil Məhərrəmlini. Hər kəs bilir ki, radikal və dağıdıcılıq əməllərinə görə Əli Kərimli Rusiyadan gələn hər ay 25 min dolları bu adam təhvil alırdı. Bəs, bu cür adama hansı adı verək? Əlbəttə ki, quldurbaşı xəzinadarı!
Ya da Qarabağ qazisi adından siyasi məqsədləri üçün tək özünün deyil, Əli Kərimli və cəbhəsinin də sui-istifadə etdikləri Asif Yusifliyə hansı adı verə bilərik? Minnətqoyan və...

Əslində, həmin N.Abdullazadənin “Əli Kərimlinin yenilməz batalyonu” adlandırdığı bu dəstəsini vaxtilə bolşeviklərin törətdikləri əməlləri ilə eyniləşdirməsi daha doğru olardı. Çünki ya 40 quldur olsun, ya da bolşevik, onların heç birində ciddi fərq yoxdur. Fəqr yalnız zamandadır. Ancaq zaman ötsə də, vaxtlar, vədələr dəyişsə də, bu quldurbaşı və ətrafındakı quldurları nədənsə dəyişilmirlər...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə