Bakının işğaldan azad olunmasının 102-ci ildönümü mübarək! - Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı "Twitter" hesabında paylaşım edib. SİA-nın məlumatına görə, Paylaşımda deyilir: "Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin 102-ci ildönümü mübarək! Bu şanlı zəfərə imza atan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunu və bütün şəhidlərimizi rəhmətlə, minnətlə və hörmətlə yad edirəm".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə