Bakının işğaldan azad olunmasının 102-ci ildönümü mübarək! - Fəxrəddin Altun
15 Sentyabr 2020 17:32 (UTC+04:00)
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı "Twitter" hesabında paylaşım edib. SİA-nın məlumatına görə,
Paylaşımda deyilir: "Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin 102-ci ildönümü mübarək! Bu şanlı zəfərə imza atan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunu və bütün şəhidlərimizi rəhmətlə, minnətlə və hörmətlə yad edirəm".