"Həmas" İsraili məhv etməklə bağlı planlarından əl çəkməyib". Bu bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu Parisdə çıxışı zamanı bildirib. O, qeyd edib ki, israillilər və fələstinlilər arasında sülhə BMT-nin əmrləri ilə nail olmaq olmaz: "Sülhə nail olmaq yollarını BMT-nin diktəsi əsasında deyil, yalnız İsrail və fələstinlilər arasında danışıqlar nəticəsində axtarmaq olar".
İsrailin baş naziri "Həmas"ın sülh üçün tərəfdaş olmadığını deyib. "Biz İsraillə sülh istəyən hər bir kəsdən İsraili məhv etmək məqsədindən əl çəkməyi xahiş etdik. Həmas isə İsraili məhv etmək məqsədindən əl çəkməyib. Təəssüflər olsun ki, hər gün bizim şəhərlərə raketlər atılır. "Həmas" sarı rəngli məktəb avtobuslarına raketlər atır. Biz ancaq sülh istəyən tərəflə sülh əldə edə bilərik. Bizi məhv etmək istəyən düşmən sülh tərəfdarı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB