İordaniya mətbuatında Xocalı həqiqətləri haqqında məqalələr yayımlanıb - FOTOLAR

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları - aparıcı elmi işçi, t.ü.f.d.,dos. Sübhan Talıblı və elmi işçisi, şərqşünas Elnur Mustafayevlə birgə hazırladıqları "Bəşəriyyət tarixində ən qorxunc faciə: Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım" adlı məqalə İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik "Neyruz" xəbər agentliyində nəşr edilib. SİA-nın məlumatına görə, məqalədə azərbaycanlı mütəxəssislər ermənilərin Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən bəhs etmiş, xüsusi ilə 1992-ci il 26 fevralda Xocalıda törədilmiş insanlıq faciəsi barəsində ətraflı məlumatlar vermişdir. Belə ki, t.ü.f.d., dos. Sübhan Talıblı məqalədə ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırım haqqında mötəbər mənbələrə əsaslanan faktları qeyd etmiş və statistik məlumatları qeyd edib.

Dr. Sübhan Talıblı həmçinin Azərbaycan dövlətinin Xocalı faciəsi barəsində qəbul etdiyi qərarlar haqqında, həmçinin digər dövlətlərin Xocalı soyqırımı ilə bağlı mövqeyləri barəsində məlumatlar verib.

Digər azərbaycanlı mütəxəssis, şərqşünas Elnur Mustafayev məqalədə ermənilərin keçən əsrin 80-ci illərin ikinci yarısından Azərbaycanın tarixi ərazilərinə irəli sürdüyü torpaq iddiaları haqqında məlumat verib. Elnur Mustafayev məqalədə ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycanın maddi və mənəvi aləminə, həmçinin iqtisadiyyatına dəymiş zərərlər haqqında məlumatları qeyd edib.

Azərbaycanlı mütəxəssislərin Xocalı soyqırımı haqqında yazdığı məqalə Ərəb dünyasında maraqla qarşılanıb.

Məqalə ilə linkə klik edərək tanış ola bilərisiniz:

https://www.nayrouz.com/post.php?id=163937#.XzARTGhrVew.whatsapp

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə