Portuqaliyaya 78 milyard avroluq yardım

Portuqaliyaya 78 milyard avroluq yardım
Böhrandan çıxmaq üçün kömək qəbul etməkdən başqa çarəsi qalmayan Portuqaliya Beynəlxalq Maliyyə Fondundan (IMF) 3 illik proqramla 78 milyard avro dəyərində yardım alacaq. SİA-nın məlumatına görə, Portuqaliyanın baş naziri Jose Socrates, Avropa Birliyi və IMF ilə razılaşdığını bildirib. Yunanıstan və İrlandiyadan sonra Avropa İttifaqının (Aİ) qapısını döyən 3-cü ölkə Portuqaliya olub. Jose Sokrates bildirib ki, Avropa Birliyinin maliyyə nazirləri, May ayının 16-da təşkil edəcəkləri zirvə görüşündə razılaşmanı müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə