Portuqaliyaya 78 milyard avroluq yardım
6 May 2011 03:07 (UTC+04:00)
Böhrandan çıxmaq üçün kömək qəbul etməkdən başqa çarəsi qalmayan Portuqaliya Beynəlxalq Maliyyə Fondundan (IMF) 3 illik proqramla 78 milyard avro dəyərində yardım alacaq. SİA-nın məlumatına görə, Portuqaliyanın baş naziri Jose Socrates, Avropa Birliyi və IMF ilə razılaşdığını bildirib.
Yunanıstan və İrlandiyadan sonra Avropa İttifaqının (Aİ) qapısını döyən 3-cü ölkə Portuqaliya olub. Jose Sokrates bildirib ki, Avropa Birliyinin maliyyə nazirləri, May ayının 16-da təşkil edəcəkləri zirvə görüşündə razılaşmanı müzakirə edəcəklər.