Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı narahatlığını bildirib. SİA xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.
"Ermənistan-Azərbaycan sərhədindəki atışmaya görə çox narahatam. Hər iki tərəf üçün təmkinli olmaq, birbaşa və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəsilə bütün rabitə kanallarından istifadə etmək vaccibdir".
Bundan başqa Avroparlamentin Bolqarıstandan olan üzvü İlhan Küçük insidenti narahatedici adlandırıb: "Azərbaycan-Ermənistan sərhədindən çox narahatedici xəbərlər gəlir. Bütün tərəfləri zorakılıqdan çəkinməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyü prinsipinə hörmət etməyə çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB