Azərbaycanin dövlət müstəqilliyinin qorunub saxlanmasi Ulu Öndər Heydər Əliyevin adi ilə bağlidir
Dünya siyasət nəhənglərinin və böyük filosofların gəldiyi qənaət ondan ibarətdir ki, hər bir dövlətin inkişafı və çətin anlarda xaqını qələbələrə aparan liderə ehtiyacı var. Məhz müdirik, uzaqgörən lideri olan xaqlar ayaqda qala və dövlətçiliklərini qoruyub saxlaya bilrilər. Ümumiyyətlə, hər bir dövlətin, bir dövlət olaraq, formalaşmasında və millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyacı var. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, taleyinə özünün böyük oğlu, Heydər Əliyev kimi dahi şəxsiyyəti düşüb. Məhz dünya siyasət nəhəngləri sırasında özünəməxsus yeri, nufuzu və hörməti olan Heydər Əliyevin əsasını qoyduğu düzgün, məqsədyönlü müdirik siyasət nəticəsində Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında çəkilir.
Tarixə nəzər salsaq aydın olar ki, 1992-1993-cü illərdə cəbhədəki ağır məğlubiyyətlər, siyasi hərc-mərclik, müxtəlif bölgələrdə separatçılıq meyilləri baş alıb gedirdi. Ölkədə günü-gündən dərinləşən xaos və anarxiya xalqın sabaha olan ümidlərini alt-üst etmişdi. Səriştəsiz, səbatsız idarəetməyə üstünlük verən və naşı siyasət aparan AXC-Müsavat iqtidarı Azərbaycanı uçurum qarşısında qoymuşdu. Azərbaycan Prezidenti İlham Əliyev tarixi çıxışlarının birində o ağır, böhranlı dövrlə bağlı demişdir: “AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi. Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi, cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi”.
Ölkəmizdə hökm sürən ağır şəraitdə xalqın qabaqcıl qüvvələrinin, ilk növbədə ziyalıların ideya müəllifliyi ilə ölkədə “Qurtuluş” hərəkatı başlandı. 1992-ci il noyabrın oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısının "Səs" qəzetinin vasitəçiliyi ilə Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir" müraciəti və bu müraciətə oktyabrın 24-də Dahi Öndərin cavabı ölkə ictimaiyyəti arasında böyük canlanma yaratdı. Təbii ki, bu, yalnız 91 nəfərin deyil, ölkədə baş alıb gedən özbaşınalıqdan, siyasi gərginlikdən səbir kasası dolmuş bütöv bir xalqın Ulu Öndər Heydər Əliyevə böyük ümidinin ifadəsi idi. Ağır, çətin dönəmdə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi.
Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Ulu Öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550-dən artıq nümayəndə iştirak etdi. Xöşbəxt o kəslədənəm ki, o qarlı, şaxtalı gündə keçirlən konfransda iştirak edən və Ulu Öndər Heydər Əliyevin çıxışını yaxından dinləyən, tövsiyyə və tapşırıqlarını eşidənlər sırasında məndə olmuşam. Buna görə, keçirdiyim xoş təssüratları ömürümün sonuna qədər unutmaram. .Bu gün Cənubi Qafqazın ən aparıcı partiyası olan və sıralarında 700 mindən artıq üzvü birləşdirən YAP cəmiyyətimizin inkişafına özünün mühüm töhfələrini verməkdədir. Təbii ki, ümumxalq partiyası olan YAP-a olan inam və etimadı məhz Dahi Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.
Azərbaycan xalqının qurtuluş tarixi
Mövcud reallıq ondan ibarərtdiur ki, ölkənin parçalanmasının, vətəndaş müharibəsinin qarşısını almaqda özünün gücsüzlüyünü görən AXC-Müsavat iqtidarı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Təkidli dəvətlərindən sonra Ulu Öndər 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyulun 15-də Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi. Müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin Ulu Öndər Heydər Əliyev dövrünə, özünün yeni, daha əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.
Akademik İsa Həbibbəyli, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” əsərində yazır: "Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti həmişə ölkənin və xalqın taleyi və müqəddəratı, xilası və inkişafı ilə üzvi vəhdətdə dəyərləndirilir. Haqlı olaraq Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusu hesab edilir. Müstəqil Azərbaycan Heydər Əliyevin möhtəşəm əsəridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Sözün geniş mənasında Heydər Əliyev azərbaycançılıq idealının rəmzinə çevrilmişdir. Heydər Əliyevin çətin, keşməkeşli və mənalı həyatı, böyük mübarizə yolu müstəqil Azərbaycan dövlətinin epopeyasıdır".
Cəsarət, qətiyyət, dönməzlik və məğrurluq simvolu
Ulu Öndər Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində siyasi, iqtisadi, sosial, hüquqi islahatların həyata keçirilməsinə xüsusi önəm verirdi. Bu məqsədlə Dahi Öndər ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasını ən vacib vəzifələrdən biri kimi qarşıya qoydu. Onun rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Ana yasa ölkəmizin siyasi tarixində tamamilə yeni bir səhifə açaraq hüquqi, demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun, bazar iqtisadiyyatının bərqərar edilməsinin möhkəm təməlini yaratdı. Bununla da Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti elementlərinin bərqərar edilməsi baxımından tariximizin ən məhsuldar dövrlərindən birinin başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi- demokratik islahatlar insan hüquqlarına və azadlıqlarına təminatın başlıca mexanizmi olan məhkəmələrin müstəqilliyinin təmin olunması və qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün lazımi tədbirlər həyata keçirildi. 1998-ci ildə Ümummilli Lider heydər Əliyevin təşəbbüsü ilə Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi və bu barədə Milli Məclisdə müvafiq qanun qəbul olundu. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə xalqımızın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə əvəzsiz işlər görülüb.
Öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Dahi Öndər yüngül və ağır sənayenin, kənd təsrərrüfatının inkişafına xüsusi önəm vermiş və bu istiqamətdə dövlət proqramları qəbul etmiş, fərman və sərəncamlar imzalamışdır. Məhz bunun nəticəsi olaraq qeyri-neft sektorunun inkişafında yüksək nailiyyətlər olunmuşdur. 1996-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-dək endirildi. Həmin illər ərzində iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu təmin olunmuşdur. Birmənalı şəkildə demək olar ki, illər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını və vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq.Onun Azərbaycana 30 ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib.
Dahi Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev deyir: "Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir".
Layiqli siyasasi varisin layiqli uğurları
Bu gün Azərbaycan dünya siyasi arenasında layiqli yer tutan, etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Bütün bunlara görə, Dahi Öndər Heydər Əliyevə minnətdarıq. Ulu Öndər Heydər Əliyev cismən aramızda olmasa da ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır. 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sədaqət andı içərək demişdir: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”.
Bu gün Ümummilli Liderimizin siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil Azərbaycanımızı yeni-yeni tarixi nailiyyətlər qazandırır. Prezident İlham Əliyevin gördüyü xeyirli, gərəkli işlərlə bir daha sübut etdi ki, Onun 2003-cü il prezident seçiləri ərəfəsi dediyi ”Mən hər bir vətəndaşın Prezidenti olacağam” tarixi fikiri əməli fəaliyyətində öz təsdiqini tapır. Həyatımızın bütün sahələrində, tərəqqiqə, inkişafa nail olunur. Aparılan praqmatik, uğurlu siyasət bir daha o əminliyi yaradır ki, Azərbaycan dövlətini və xalqını daha böyük uğurlar, işıqlı sabahlar gözləyir.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini
Bütün xəbərlər Facebook səhifəmizdə