Sərdar Cəlaloğlu: “Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz”
Hələ də Müsavat partiyasının təmsilçisi, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublunun xuliqanlıq əməli üzərində var-gəl edən AXCP sədri Əli Kərimlinin və məlum ətrafının səs-küyləri artıq düşərgənin digər təmsilçilərini də sözün əsl mənasında bezdirib. Məhz bu məsələnin üzərində siyasi divident qazanmağa cəhdlər göstərən, xarici təşkilatlara ard-arda donoslar yazan AXCP və “Milli Şura” üzvləri və T.Yaqublunun Müsavatdakı qruplaşması cinayət tərkibi daşıyan əmələ siyasi don geyindirmək cəhdində bulunmağa davam etməklə yanaşı, bəlli xarici təşkilatların ayrıca bəyanat verməsini də tələb edirlər. Belə bir məqamda sözügedən cəhdlər əlbəttə ki, düşərgənin digər cinahında olanların da səbirlərini tükəndirir, AXCP-“Milli Şura” və T.Yaqublunun müsavatçı qruplaşması üzvlərinin şou təsiri bağışlayan hay-haraylarını pisləyirlər.
Sərdar Cəlaloğlu: “Mən dəfələrlə bənzər situasiyaya düşəndə həmişə özümdə səhv axtarmışam, günah qarşımdakında olsa belə üzr istəməyə, məsuliyyəti boynuma almağa çalışmışam”
“Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz”. Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu onun həbsinə dair açıqlamasında qeyd edib və deyib ki, Yaqublu tamamilə yanlış davranış nümayiş etdirib. ADP sədri nə qədər maraqlı olsa da, bu olayı özü ilə müqayisə edib.
“Mən dəfələrlə bənzər situasiyaya düşəndə həmişə özümdə səhv axtarmışam, günah qarşımdakında olsa belə üzr istəməyə, məsuliyyəti boynuma almağa çalışmışam”, deyə qeyd edən Cəlaloğlu təəssüflə bildirib ki, nədənsə məhz müxalifətdə olanlar öz davranışlarına fikir vermirlər və nəticədə buraxılan kobud səhv bütövlükdə ictimai rəydə düşərgəyə qarşı mənfi, neqativ fikirlər yaratmağa başlayır: “Biz müxalifət cəbhəsi olaraq öz davranışlarımıza diqqət yetirməli, gündəlik həyatımızda da xalqımıza olan səmimiliyimizi, məhəbbətimizi ortaya qoymalıyıq. Mən Tofiq Yaqublunun hərəkətinə heç bir formada haqq qazandırmıram".
ADP sədri bütün bunların yerinə düşərgənin fəaliyyət istiqamətinə yenidən baxmalı olmasını, köhnə təfəkkür və baxışlardan imtina etməli olduğunu deyib və bildirib ki, qanunlar hər kəs üçün bərabərdir. Daha dəqiq desək,
siyasi münasibətlərin yeni səviyyəyə qaldırılması tərəfdarı olduğunu bildirən S.Cəlaloğlu fikirləri də bu istiqamətə yönəltməyi vacib sayır və qaragüruhçuluğun düşərgəyə hər hansı səmərə verməyəcəyini deyir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB