"Vaxtında zəruri tədbirlər görülməsəydi, ciddi çətinliklər yaşana bilərdi" ÖZƏL-MÜNASİBƏT

"Bu gün bir çox dünya ölkələri ciddi sınaqla üz-üzə qalıb. Bəzi ölkələrdə çox ciddi problemlər yaşanır, insanlar kütləvi şəkildə tələf olur". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, hazırda dünya dövlətləri koronovirus pandedmiyasının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirirlər: "Azərbaycan da ilk gündən bu virusla mübarizə istiqamətində müxtəlif ardıcıl tədbirlərin həyata keçirilməsinə başladı. Əgər vaxtında bu məqsədyönlü tədbirlər həyata keçirilməsə idi, ölkəmizdə ciddi çətinliklər yaşana bilərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında Sərəncam imzalaması da məhz bu məqsədə xidmət edir. Bu Sərəncamdan əvvəl də cənab Prezident bu virusla mübarizənin səmərəliyinin artırılması məqsədilə bir neçə Sərəncam imzalamışdı. Əsas hədəf bu xəstəlikdən minimum itki ilə çıxmaq, əhalininin sağlamlığını qorumaq və milli təhlükəsizliyimizi təmin etməkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...