"Bu gün Azərbaycan iki cəbhədə mübarizə aparır" ÖZƏL-MÖVQE

"Ermənilər üçün azərbaycanlıları qırdıqları gün bayram günü kimi qeyd olunur. Onların bütün prezident, parlament "seçkiləri" (həm Ermənistanda, həm də qondarma Dağlıq Qarabağ Respublikasında) ancaq azərbaycanlıların soyqırım günləri tarixində həyata keçirilir. Bu dəfələrlə belə olub. İndi də həmin məsələdir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.

"Çünki qondarma DQR-da bunlar bu gün həm "prezident" seçirlər, həm də guya "parlament" seçirlər. Əslində vəziyyət orada çox gərgindir. Çünki koronovirusdan həm ölənlər, həm də buna yoluxanların sayı çoxdur. Bunu gizlədirlər. Burada Paşinyanla Bako Saakyanın davası gedir. Koçaryanın dəstəklədiyi Balasanyan onun əleyhinə olan bir adamdır. Erməninin ağına da lənət, qarasına da. Amma burada artıq klan qarşıdurması var. Bildiyiniz kimi Ermənistanda da koronovieus artıq geniş şəkildə vüsət almaqdadır. İşğalçı Ermənistan ordusunda bu infeksiya yayılıb. Onlar 31 martı bir növ daxili publikaya hesablanmış bir məsələ kimi həyata keçiriblər. Bununla həm Ermənistandakı erməniləri, həm də qondarma DQR-da olan erməniləri sakitləşdirsinlər. Azərbaycan tərəfi bununla bağlı kifayət qədər münasibətini bildirib. Amma bizim xaricdəki diaspora təşkilatlarımız da buna münasibət bildirsə yaxşı olar. Çünki onların imkanları var ki, bütün dillərdə olduqları ölkələrdə bu məlumatları yaysınlar. Bu gün Azərbaycan iki cəbhədə (həm ermənilərə, həm də koronovirusa qarşı) mübarizə aparır. Biri dünya, biri də bizim milli bəlamızdır"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə