Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ilə görüşüb
Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında olub. SİA-nın Baş Qərargahın internet saytına istinadən verdiyi məlumata görə, Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İşık Koşanerlə görüşüb.
Görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB