Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında olub. SİA-nın Baş Qərargahın internet saytına istinadən verdiyi məlumata görə, Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İşık Koşanerlə görüşüb.
Görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilmir.