Dünyada nə baş verir? Sülh, yoxsa müharibə? ŞƏRH-ÖZƏL

“Dünyada Sülh imkanları tükənir, düyna yeni siyasi və hərbi çağırışlarla üz-üzədir. Beynəxalq təhlükəsizlik sistemində ciddi böhran yeni müharibə ocaqlarının yaranmasına, sülh və əməkdaşlığın deqredasiyasına gətirib. Əsasən ABŞ-Rusiya, ABŞ-İran və Rusiya-NATO və Rusiya-Ukrayna arasında yaşanan böhranlar sülh imkanarını tükədib, Moskvanın çoxqütblü dünya iddiası daha da yeni şəkil alaraq regionunumuzun təhlükəsizliyinin təhdidinə səbəb olub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, NATO-nun Avropada keçirməsi nəzərdə tutduğu “Avropanın müdafiəsi-2020” taktiki hərbi təlimləri Şərqi Avropa və Cənubi Qafqazı əhatə etməklə Rusiya ilə açıq maraq toqquşması müstəvisində irəlləyir: “Artıq Rusiya Ukraynanın münaqişə zonasında Donbasda separatçılara dəstək verməklə Minsk razılaşmasını pozaraq hücuma keçib. Bir tərəfdən Türkiyə ilə əldə olunan İdlib məsələsini əhatə edən Soçi razılaşmasını pozur, Liviyada Haftara dəstək verməklə orada atəşkəs müqaviləsini heçə sayır”.

Politoloq söyləyib ki, göründüyü kimi, Rusiya şimali Afrika, Yaxın Şərq və Şərqi Avropada əldə olunan razılaşmalara əməl etməyərək öz maraqlarını diktə etmək siyasətini yeridir: “Moskvanın bu siyasəti regional və beynəlxalq əməkdaşlığa zərbədir və bunun qarşısını almaq üçün ABŞ və NATO-nun səyləri hələki effektli deyil. Qeyd edim ki, Rusiya çalışır ki, özünün idarə etdiyi bir siyasi-hərbi nizam formalaşdırsın və ABŞ bununla hesablaşsın. Amma Moskvanın siyasi perferiyasını formalaşdırması uğurla başa çatmayacaq”.

M.Əsədullazadə qeyd edib ki, Cənubi Qafqazın Qərbin təsir dairəsinə keçməsi və Xəzər regionunda Mərkəzi Asiyaya açılması təhlükəsizlik bir çəmbəri formalaşmasına gətirə bilər: “İlk növbədə burada Ermənistanın işğalına son verilməli və regionda əməkdaşlıq sülh yaranmalıdır. Əks halda, regional təhlükəsizlik sistemi kövrək olaraq qalır, müharibə riskiləri qalmaqdadır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə