Pirallahıda Könüllülər İli ilə bağlı bayram tədbiri keçirilib FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ili Könüllülər İli elan etməsi ilə bağlı Pirallahı RİH və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Pirallahı rayonunda tədbir keçirilib. V.Mustafazadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb: “Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir”.

“Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıb”, deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri qeyd edib ki, bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoydub və böyük potensiala malik olduğunu nümayiş etditib.

Tədbirin bədii hissəsində Azərbaycanın Respublikasının əməkdar artisti Mətanət İsgəndərli, muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva və digər tanınmış incəsənət nümayəndələrinin çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...