“Müxaliflər indidən seçki məğlubiyyətlərini görürlər” RƏY-ÖZƏL

"Yeni Azərbaycan Partiyasının Prezidentə müraciət etməsi və, Prezidentin Milli Məclisin buraxılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsi, Konstitusiya Məhkəməsinin məsələyə müsbət rəy verməsi cəmiyyət maraqlarına tam uyğundur". Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, lakin bunun müxalifət düşərgəsini təmsil edən şəxslərin narazılıqla qarşılaması və etiraz bildirməsi onların xalqdan ayrı düşdüklərinin göstəricisidir: "Müxalifətin hər şeydən özünü narazı kimi göstərməsi, etiraz etməsi onların acizliyinin nəticəsidir. Əgər müxalifət güclü olsaydı və seçkilərə hazır olsaydı onda bu məsələlərə narazılıq etməzdirlər. Bu gün ən ciddi müxalifət partiyasının belə heç seçki məntəqələrinə namizəd verməyə nümayəndəsi yoxdur. Çünki müxalifət partiyaları xalq tərəfindən dəstəklənmir. Demək olar ki, müxaliflər indidən seçki məğlubiyyətlərini görürlər. Yəni ölkədə keçirilən bu seçkilərdə heç bir nəticə əldə edə bilməyəcəyini görə, indidən başlayırlar narazılıq etməyə. Ancaq müxalifətin bu narazılıqlarına əhəmiyyət verməyə ehtiyac yoxdur. Seçkilər tam normal, azad və demokratik şəraitdə keçiriləcəkdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə