Ermənistan prezidenti Serj Sarkisyan İran prezidentinin şəxsi nümayəndəsi, xarici işlər nazirinin müavini Məhəmmədrza Rauf Şeybanini qəbul edib. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, görüşdə hökumətlərarası komissiyanın Ermənistan-İran münasibətlərində iqtisadi əməkdaşlıq, birgə proqramların hazırlanması və həyata keçirilməsində mühüm rol oynadığı qeyd edilib.
Eyni zamanda tərəflər regional problemlərlə bağlı, ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB