Serj Sarkisyan İran prezidentinin şəxsi nümayəndəsini qəbul edib

18 Fevral 2011 00:37 (UTC+04:00)

Ermənistan prezidenti Serj Sarkisyan İran prezidentinin şəxsi nümayəndəsi, xarici işlər nazirinin müavini Məhəmmədrza Rauf Şeybanini qəbul edib. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, görüşdə hökumətlərarası komissiyanın Ermənistan-İran münasibətlərində iqtisadi əməkdaşlıq, birgə proqramların hazırlanması və həyata keçirilməsində mühüm rol oynadığı qeyd edilib.

 

Eyni zamanda tərəflər regional problemlərlə bağlı, ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.