"Tusk Aİ-nin Azərbaycana önəmini etiraf edib" ÖZƏL-ŞƏRH

"Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun iyunun 8-i və 9-u Azərbaycana etdiyi səfər, geniş və zəngin proqramla yadda qalan görüşləri bu beynəlxalq qurumla ölkəmiz arasında mövcud münasibətlərin real vəziyyətinin yaxsı səviyyədə olduğunu göstərir. Bilirik ki, Avropa İttifaqında ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən siyasətçilər olsa da, onlar zaman-zaman ölkəmizə qarşı məqsədli şəkildə antiazərbaycan çıxışlar etsələr də, ölkəmizin siyasi rəhbərliyi dözümlü münasibəti ilə bu cür avantürist mövqeləri Avropa İttifaqının münasibəti kimi qəbul etməmiş, Avropa İttifaqı ilə münasibətlərə hər zaman ehtiramla yanaşmışlar. Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsini ölkəmiz üçün vacib və prioritet götürmüşdür". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, məhz belə ağıllı siyasətin nəticəsidir ki, bu quruma rəhbərlik edən təcrübəli siyasətçi Donald Tusk növbəti səfərində də ölkəmizin Avropa İttifaqı ilə münasibətlərini yüksək qiymətləndirib, ölkəmizin hərtərəfli inkişafından məmnunluğunu dilə gətirib və Avropa İttifaqının Azərbaycana önəmini etiraf edib: "Həmçinin, səfər zamanı bundan sonra da siyasi dialoq, çoxtərəfli qarşılıqlı iqtisadi, mədəni, investisiya və digər sahələrdə gələcək işgüzar münasibətlərin prioritetləri, Avropa İttifaqının mühüm enerji təminatçısı kimi Azərbaycanla əməkdaşlığın növbəti mərhələrdə daha da genişlənməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Donald Tusk təcrübəli siyasətçidir və onun ölkəmizə səfəri də ilk səfər deyil. Və onun həm regionda sülh, regional təhlükəsizliklə bağlı, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və bu münaqişənin həll olunması yolları ilə bağlı mövqeyi aydındır və Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.

Aİ-nın prezidentinin ölkəmizə növbəti səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr üçün böyük əhəmiyyət kəsb edir və hesab edirəm gələcəkdə də bu tərəfadşlığın inkişaf etdiriləsi baxımından olduqca vacib bir səfər idi. Bu səfər bir daha Azərbaycanın Avropa üçün əhəmiyyətini, ikitərəfli münasibətlərin inkişafına bu beynəlxalq qurumun önəmini bird aha ortaya qoydu. Görüşlərdə qeyd olunduğu kimi, Azərbaycan-Avropa İttifaqı əlaqələrində bütün sferalarda müsbət inkişaf, nümunəvi münasibətlər, qarşılıqlı inam mövcuddur.

Eyni zamanda, nümayəndə heyəti ilə beynəlxalq geosiyasi proseslər barəsində fikir mübadiləsi aparıldı, Azərbaycanın regionun lider dövləti kimi həm Avropa məkanında, həm də regionda stabilliyin və təhlükəsizliyin qorunmasında rolu və töhfəsi Avropa İttifaqı prezidenti tərəfindən yüksək qiymətləndirildi.

Bütövlükdə, mötəbər qonağın səfəri Aİ ilə Azərbaycanın həm real münasibətlərin davam etdirilməsi, həm də gələcək əməkdaşlığın inkişaf etdirilməsi baxımından olduqca vacib məqamlarla yadda qaldı. Tuskun səfərdən sonra tvitter hesabında məhz Azərbaycan dilində paylaşdığı status, bu statusda Azərbaycanla bağlı, səfərlə bağlı etdiyi paylaşım xüsusilə Aİ-nın prezidetinin səfər təəssüratları idi və bu təəssürat xeyli mükəmməl şəkildə ifadə olunmuşdu. Elə təkcə bu status Azərbaycanla bağlı Aİ-nın mövqeyini, münasibətini göstərmiş olur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə