Azərbaycanda Almaniya-Fransa Mədəniyyəti Günləri davam edir

Bakıdakı "Kapellhaus" Almaniya-Azərbaycan Mədəniyyəti Mərkəzində Almaniya-Fransa Mədəniyyəti Günləri davam edir.

SİA-nın xəbərinə görə, mədəniyyət günləri çərçivəsində fevralın 8-də konsert təşkil olunub. Konsertdə Fəridə Məmmədova (vokal) və İlahə Sadıxzadənin (piano) ifalarında Ştraus, Bax, Şopenin və digər bəstəkarların əsərləri səslənib. Sonda Almaniyanın Bakıdakı səfiri Herbert Kvelle ifaçılara öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə