Bakıdakı "Kapellhaus" Almaniya-Azərbaycan Mədəniyyəti Mərkəzində Almaniya-Fransa Mədəniyyəti Günləri davam edir.
SİA-nın xəbərinə görə, mədəniyyət günləri çərçivəsində fevralın 8-də konsert təşkil olunub. Konsertdə Fəridə Məmmədova (vokal) və İlahə Sadıxzadənin (piano) ifalarında Ştraus, Bax, Şopenin və digər bəstəkarların əsərləri səslənib. Sonda Almaniyanın Bakıdakı səfiri Herbert Kvelle ifaçılara öz minnətdarlığını bildirib.