Gədəbəydə ümumi sahəsi 340 kvadratmetr olan mənzildə yanğın baş verib. Göyümlü kəndində qeydə alınan yanğın nəticəsində ikimərtəbəli evin 220 kvadratmetr sahəsi yararsız vəziyyətə düşüb.
Gədəbəy rayon Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda yanğının səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB