Gədəbəydə yaşayış evi yanıb

21 Yanvar 2011 23:14 (UTC+04:00)

Gədəbəydə ümumi sahəsi 340 kvadratmetr olan mənzildə yanğın baş verib. Göyümlü kəndində qeydə alınan yanğın nəticəsində ikimərtəbəli evin 220 kvadratmetr sahəsi yararsız vəziyyətə düşüb.

Gədəbəy rayon Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda yanğının səbəbləri araşdırılır.