"Paşinyan gündəmdə qalmaq üçün müxtəlif yollara əl atır" MÖVQE-ÖZƏL

"Paşinyan gündəmdə qalmaq üçün müxtəlif yollara əl atır" MÖVQE-ÖZƏL

“Paşinyan hakimiyyətə küçədən gələn adamdır. O gündəmdə və hakimiyyətdə qalmaq üçün müxtəlif yollara əl ataraq ictimaiyyət arasında hörmət qazanmağa çalışır”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Azər Badamov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Paşinyanın bundan öncə Dağlıq Qarabağ, indi isə Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidməti ilə bağlı sarsaq fikirlər səsləndirməklə özünü reklam etməyə çalışır: “Paşinyan Azərbaycanın daxili işlərinə qarışmaqla heç nəyə nail olmayacaq. Əksinə əgər o, ölkəmizin daxili işlərinə qarışmaqda davam etsə, əsassız bəyanatlarla danışıqlar prosesindən yayınmağa çalışsa, təbii ki, Azərbaycan da sakit durmayacaq. Beynəlxalq hüquq da Azərbaycana torpaqlarını hərb yolu ilə azad etməsinə imkan verir”.

A.Badamov qeyd edib ki, əgər Azərbaycan tərəfi həbi yola əl atsa, nəinki Paşinyan, ümumilikdə düşmən ölkədə daş-daş üstündə qalmayacaq.

Deputatın sözlərinə görə, Paşinyanın hakimiyyəti uzun sürməyəcək: “Çünki, onda liderlik xüsusiyyətləri, dövlət rəhbəri siması yoxdur. Beynəlxalq hüquq, dövlətlə arasında münasibətlər qurmaq kimi heç bir təcrübəyə malik deyil. Paşinyan ictimaiyyət arasında da nüfuzdan düşməkdədir. Bütün bunlar onun hakimiyyətinin uzun olmayacağını göstərir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə