Doğu Akdeniz Universitetinin rəsmi nümayəndəsi Azərbayanda səfərdədir
Doğu Akdeniz Universitetinin rəsmi nümayəndəsi İmran Muxtarov Azərbaycanda səfərdədir. Səfər Azərbaycan Tələbələr Birliyi və Doğu Akdeniz Universitetinin əməkdaşlıq haqda anlaşma memorandumu çərçivəsində həyata keçirilir.
Azərbaycan Tələbələr Birliyindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan təhsil sistemi ilə yaxından tanış olmaq və Doğu Akdeniz Universitetinin Azərbaycanda rəsmi nümayəndəsi olan Azərbaycan Tələbələr Birliyi ilə gələcək iş strategiyasını müzakirə etməkdir. Səfər çərçivəsində Azərbaycan Təhsil Nazirliyi, dövlət universitetləri və məktəbləri, eləcə də özəl məktəblərdə görüşlər nəzərdə tututlub.
Dekabrın 6-da Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan Tələbələr Birliyi və Doğu Akdeniz Universitetinin əməkdaşlığı çərçivəsində rəsmi təqdimat keçirilib. Təqdimatda 70-dən çox tələbə və müəllim heyyətinin iştirakı ilə Doğu Akdeniz Universitetində təhsil perspektivləri mövzusunda müzakirələr aparılıb
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB