Eldəniz Səlimov: "Ermənistanda növbəti çevriliş baş verəcək" AÇIQLAMA
“Ermənistanda Paşinyanı hakimiyyətə gətirən qüvvələrin tələbi ilə Köçəryanın həbs olunması bəzi qüvvələri qıcıqlandırdı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, məcbur etdilər ki, Köçəryanı azad etsinlər, buna da nail oldular: “Paşinyan özü bir ağıl sahibi olmadığı üçün bilmir kimə xidmət etsin. Bəzən Rusiyaya qarşı fikirlər səsləndirir. Ermənistanda baş verən qarşıdurmalar nəticə etibarı ilə uzun çəkəcəyi görünür. Bu gün Ermənistanda hakimiyyətdə olan Paşinyan nə də Sarkisyan elə ağıl sahibi deyillər ki, münaqişə sülhlə başa çatsın. Hər iki tərəf iddia ilə çıxış edirlər. Burada kənar qüvvələrin də marağı var. Ona görə də Paşinyan ortaya atılan və əlacı olmayan fiqurdur ki, əlavə zaman qazansınlar. Proseslərin gedişatı sübut edir ki, Ermənistanda növbəti çevriliş baş verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB