KİVDF müsaqibə elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

№

İstiqamət

Təklif olunan mövzu

1

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu: nailiyyətlər və perspektivlər

Azərbaycanda demokratik islahatların keyfiyyətcə yeni mərhələsində KİV-lərin vəzifələri

2

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

KİV plüralizmi Azərbaycanda demokratikləşmə prosesinin ayrılmaz tərkib hissəsidir

Söz və məlumat azadlığı müasir informasiya cəmiyyətinin təməl prinsiplərindəndir

3

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Azərbaycan Respublikasında müasir siyasi mədəniyyətin formalaşmasında KİV-lərin rolu

Azərbaycan - insanların azad, firavan yaşadığı müasir dövlətdir

4

İctimai və dövlət maraqlarının müdafiəsi

Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır

Hamımız bir məqsəd üçün – güclü və çiçəklənən Azərbaycan naminə

5

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq kontekstində

İşğal edilmiş ərazilərdə törədilən cinayətlər: erməni faşizminin iç üzü

6

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qloballaşma dövrünün çağırışları və milli maraqlar

Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir

7

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

Qaçqın və məcburi köçkünlərin problemləri dövlətin diqqət mərkəzində - çadır şəhərciklərindən müasir qəsəbələrə

Biz mütləq qayıdacağıq!

8

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Müstəqillik tariximiz şərəf salnaməmizdir

Milli-mənəvi dəyərlərimizi qorumaq hər bir vətəndaşın borcudur

9

Azərbaycançılıq ideyasının təbliği

Azərbaycan deyiləndə ayağa dur ki...

Fəxr edirəm ki, Azərbaycanlıyam

10

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Gənc nəsildə vətənpərvərlik hisslərinin tərbiyəsində KİV-lərin rolu

Vətənə sevgi beşikdən başlanır

11

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Regionların inkişafı: böyük hədəflərə doğru iri addımlarla

Genişmiqyaslı quruculuq işləri regionların simasını dəyişir

(konkret bir rayonun nümunəsi)

12

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahibkarların qarşısında yeni üfüqlər açır

Azərbaycan investisiyalar üçün cəlbedici ölkədir

13

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

"Bir günəşin zərrəsiyik "... Harada olursaq olaq, Azərbaycanla olaq!

Hamımızın bir vətəni var - Azərbaycan

14

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan – sivilizasiyalararası dialoqun örnək məkanı

Dini və milli tolerantlığın Azərbaycan modeli

15

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

İnsan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərdəndir

Azərbaycanda təhsil insan, cəmiyyət və dövlətin maraqları naminə məqsədyönlü təlim-tərbiyə prosesidir

16

Ekologiya və ətraf mühitin mühafizəsi

2010 – ekoloji tarazlığın təmin olunmasında dönüş ili

Ətraf mühitin mühafizəsi hər bir vətəndaşın borcudur

17

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Möhkəm ailə güclü cəmiyyətin təməl daşıdır

Ailə azərbaycanlılar üçün müqəddəs ocaqdır

18

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaq və gənclərin fiziki və mənəvi sağlamlığı milli genefondumuzun qorunmasının başlıca şərtidir

İdman fiziki və mənəvi sağlamlığın rəhnidir

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).

5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

QEYD: Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və qaydalarda nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə