Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib.
SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:
|
№ |
İstiqamət |
Təklif olunan mövzu |
|
1 |
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu |
Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu: nailiyyətlər və perspektivlər Azərbaycanda demokratik islahatların keyfiyyətcə yeni mərhələsində KİV-lərin vəzifələri |
|
2 |
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi |
KİV plüralizmi Azərbaycanda demokratikləşmə prosesinin ayrılmaz tərkib hissəsidir Söz və məlumat azadlığı müasir informasiya cəmiyyətinin təməl prinsiplərindəndir |
|
3 |
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması |
Azərbaycan Respublikasında müasir siyasi mədəniyyətin formalaşmasında KİV-lərin rolu Azərbaycan - insanların azad, firavan yaşadığı müasir dövlətdir |
|
4 |
İctimai və dövlət maraqlarının müdafiəsi |
Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır Hamımız bir məqsəd üçün – güclü və çiçəklənən Azərbaycan naminə |
|
5 |
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq kontekstində İşğal edilmiş ərazilərdə törədilən cinayətlər: erməni faşizminin iç üzü |
|
6 |
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi |
Qloballaşma dövrünün çağırışları və milli maraqlar Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir |
|
7 |
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması |
Qaçqın və məcburi köçkünlərin problemləri dövlətin diqqət mərkəzində - çadır şəhərciklərindən müasir qəsəbələrə Biz mütləq qayıdacağıq! |
|
8 |
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
Müstəqillik tariximiz şərəf salnaməmizdir Milli-mənəvi dəyərlərimizi qorumaq hər bir vətəndaşın borcudur |
|
9 |
Azərbaycançılıq ideyasının təbliği |
Azərbaycan deyiləndə ayağa dur ki... Fəxr edirəm ki, Azərbaycanlıyam |
|
10 |
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi |
Gənc nəsildə vətənpərvərlik hisslərinin tərbiyəsində KİV-lərin rolu Vətənə sevgi beşikdən başlanır |
|
11 |
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
Regionların inkişafı: böyük hədəflərə doğru iri addımlarla Genişmiqyaslı quruculuq işləri regionların simasını dəyişir (konkret bir rayonun nümunəsi) |
|
12 |
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi |
Bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahibkarların qarşısında yeni üfüqlər açır Azərbaycan investisiyalar üçün cəlbedici ölkədir |
|
13 |
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
"Bir günəşin zərrəsiyik "... Harada olursaq olaq, Azərbaycanla olaq! Hamımızın bir vətəni var - Azərbaycan |
|
14 |
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi |
Azərbaycan – sivilizasiyalararası dialoqun örnək məkanı Dini və milli tolerantlığın Azərbaycan modeli |
|
15 |
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması |
İnsan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərdəndir Azərbaycanda təhsil insan, cəmiyyət və dövlətin maraqları naminə məqsədyönlü təlim-tərbiyə prosesidir |
|
16 |
Ekologiya və ətraf mühitin mühafizəsi |
2010 – ekoloji tarazlığın təmin olunmasında dönüş ili Ətraf mühitin mühafizəsi hər bir vətəndaşın borcudur |
|
17 |
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
Möhkəm ailə güclü cəmiyyətin təməl daşıdır Ailə azərbaycanlılar üçün müqəddəs ocaqdır |
|
18 |
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
Uşaq və gənclərin fiziki və mənəvi sağlamlığı milli genefondumuzun qorunmasının başlıca şərtidir İdman fiziki və mənəvi sağlamlığın rəhnidir |
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).
5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
QEYD: Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və qaydalarda nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.