Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada işçi görüş keçiriblər

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada işçi görüş keçiriblər

Noyabrın 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan Moskvada işçi görüş keçiriblər.

SİA-nın məlumatına görə, Rusiyanın xarici siyasət idarəsinin saytına qeyd olunub ki, bu il oktyabrın 27-də Həştərxanda keçirilmiş üçtərəfli sammitin gedişində əldə edilmiş razılaşmalara uyğun olaraq görüşün gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aktual məsələlər daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə