Noyabrın 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan Moskvada işçi görüş keçiriblər.
SİA-nın məlumatına görə, Rusiyanın xarici siyasət idarəsinin saytına qeyd olunub ki, bu il oktyabrın 27-də Həştərxanda keçirilmiş üçtərəfli sammitin gedişində əldə edilmiş razılaşmalara uyğun olaraq görüşün gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aktual məsələlər daxil edilib.