Səfər Əbiyev Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsinin sədr müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Viktor Maslovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB