Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Mixal Labendanı qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən M. Labenda Azərbaycana səfir təyin olunmasından məmnunluğunu dilə gətirib.
Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayan qonaq, Polşa-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.
E. Məmmədyarov isə Azərbaycana səfir təyin olunması münasibətilə polşalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB