Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfirini qəbul edib

21 Oktyabr 2010 03:40 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Mixal Labendanı qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən M. Labenda Azərbaycana səfir təyin olunmasından məmnunluğunu dilə gətirib.

Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayan qonaq, Polşa-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

E. Məmmədyarov isə Azərbaycana səfir təyin olunması münasibətilə polşalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.