Ziyad Səmədzadə Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçirilən simpoziumda iştirak edir

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sentyabrın 22-dən 26-dək Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçirilən "Büdcənin formalaşmasında parlamentlərin rolu: İslam Konfransı Təşkilatı və Avropa İttifaqı ölkələrinin təcrübəsi" mövzusuna həsr olunmuş simpoziumda iştirak etmək məqsədi ilə Türkiyənin Afyonkarahisar şəhərində səfərdədir.

 

SİA-nın məlumatına görə, simpoziumda İKT Parlament Məclisinə və Avropa İttifaqına üzv ölkələrin təcrübəsinə nəzər salınaraq, büdcə hədəfləri, vergi siyasəti, maliyyə şəffaflığı kimi məsələlər müzakirə edilməsi nəzərdə tutulur.

 

Bu gün simpoziumda çıxış edən Milli Məclisin komitə sədri büdcənin formalaşmasında Milli Məclisin rolundan danışaraq, bu sahədə Azərbaycan parlamentinin təcrübəsini bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...