Gəncə şəhərində 3-cü Regional “Qərb Azərbaycan İnfrasturukturu Sərgisi” keçirilir

Gəncədə 3-cü Regional "Qərb Azərbaycan İnfrastrukturu Sərgisinin" açılış mərasimi keçirilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin rəsimiləri, həmçinin Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələridə iştirak edib.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, o cümlədən digər natiqlər çıxış edərək sərginin bölgə üçün əhəmiyyətinə toxunublar.

Niyazi Səfərov bildirib ki, bu sərgi ölkədə aparılan iqtisadi inkşafı əyani şəkildə tərənnüm edir. Xüsusən Gəncə-Qazax İqtisadi Regionunda əldə olunan nəticələri, qazanılan nailiyyətləri izləmək üçün "Qərb Azərbaycan İnfrastrukturu" sərgisi gözəl imkan yaradır. Prezident İlham Əliyevin qeyri-neft sektoru və bölgələrin iqtisadi inkişafının sürətləndiriliməsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi bu gün qazanılan uğurları aydın şəkildə görmək mümkün olur.

Çıxışların ardından rəsmi nümayəndələr sərgidə iştirak edən şirkətlərin istehsal etdiyi məhsullara baxıblar.

Qeyd edək ki, infrastruktur sərgisi ənənəyə sadiq olaraq çoxsahəli olub. Belə ki, sərgidə qida sənayesi, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, inşaat, banklar və sığorta sektorunda fəaliyyət göstərən 30-a yaxın şirkət iştirak edib.

Təşkilatçıların sözlərinə görə, belə tədbirlər ayrı-ayrı şirkətlər arasında yeni iş birliyinin yaradılmasına imkan yaradır eləcə də, sərgidə iştirak edən qurumların biznes maraqlarını təmin edir. Üstəlik analoji sərgilər yerli və əcnəbi iş adamlarının Gəncə-Qazax İqtisadi Regionuna investisiya qoyuluşunuda artırır. Bu isə bölgəyə investisiya axınına, habelə istehsal və təsərrüfat sahələrində sahibkarlar tərəfindən yeni avadanlıqlar və texnologiyaların tətbiq edilməsinə yardım göstərəcək.

Məlumat üçün əlavə edək ki, 3-cü Regional "Qərb Azərbaycan İnfrastrukturu Sərgisi" sentyabrın 23-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə