“Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası” adlı beynəlxalq konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı beynəlxalq konfrans keçirilib. SİA-ın məlumatına görə, tədbirdə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov, TürkPA baş katibi Ramil Həsənov, Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev, Qazaxıstan Parlamentinin Senat Aparatının müavini Berik Arın, Türkiyə Böyük Millət Məclisinin (TBMM) baş katibi Sadəttin Kalkan çıxış ediblər. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov konfrans haqqında məlumat verib. O bildirib ki, hazırda dünya parlamentləri arasında sıx əlaqələr var ki, TürkPA-nın da yaradılması eyni dilli ölkələrin əməkdaşlığının daha da möhkəmlənməsinə imkanlar açır. Onun sözlərinə görə, təşkilatın yaranması ilə bağlı qərar Türkiyədə qəbul olunsa da onun katibliyinin Azərbaycanda yerləşməsi sevindirici haldır.

"Bu günki görüşün əsas məqsədi təşkilata üzv olan ölkələrin parlamentlərinin aparat rəhbərləri arasında fikir mübadiləsi, ölkə parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində danışıqlar aparmaqdır. Mən bir alim kimi bu konfransı yüksək dəyərləndiririəm. İnanıram ki, bu təşkilata Türkmənistan, Özbəkistan və digər türkdilli ölkələr də qoşulacaq. Türkdilli ölkələrin birliyi nə qədər böyük olsa dünya müstəvisində də gücümüz böyük olar. Belə olan halda Dağlıq Qarabağ münaqişəsinin həlli də asanlaşar. Biz bu ölkələr arasında təhsil, mədəniyyət sahəsində əlaqələrimizi genişləndirməliyik, türkdilli ölkələrin ortaq dili olmalıdır. Hazırda mədəniyyət sahəsində TÜRKSOY-un fəaliyyətini qeyd etməmək olmaz. Prezident İlham Əliyev tərəfindən TÜRKSOY-un genişləndirilməsi, fonda çevrilməsi ilə bağlı təklif irəli sürülüb",- deyə o qeyd edib.

Çıxşının sonunda konfransı açıq elan edən millət vəkili sözü TürkPA-nın baş katibi Ramil Həsənova verib. O bildirib ki, parlament diplomatiyası son dövrdə dünya birliyi tərəfindən istifadə olunan bir metoddur. Onun sözlərinə görə, parlament diplomatiyası xarici siyasətlə məşğul olan diplomatların və eyni zamanda xalq tərəfindən seçilən deputatların birgə fəaliyyətini özündə ehtiva edir.

Konfransın davamında tədbirdə iştirak edən ölkələrin parlamentlərinin aparat rəhbərləri məruzə ilə çıxış ediblər. İlk məruzə ilə çıxış edən Milli Məclisin sparat rəhbəri Səfa Mirzəyev ölkə parlamentinin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, parlamentin bir neçə fəaliyyəti istiqaməti var ki, bura qanunvericilik, nəzarət, xalqla hökümət arasında əlaqələrin yaradılması, beynəlxalq münasibətlərin inkişafı daxildir. S.Mirzəyev söyləyib ki, hazırda Milli Məclis 8 parlamentlərarası qurumun - ATƏT PA, AŞPA, QUAM PA, TürkPa və digər bu kimi təşkilatların tamhüquqlu üzvüdür. Daha sonra TürkPA-nın yaranma tarixini xatırladan aparat rəhbəri bildirib ki, təşkilat Milli Məclisin binasında yerləşməsinə baxmayaraq yaxın vaxtlarda onun üçün xüsusi bina ayrılacaq. Onun fikrincə, təşkilata üzv olan 4 ölkə ilə yanaşı digət türkdilli ölkəkərin də cəlb olunması vacibdir.

Konfransın davamında söz Türkiyə Böyük Millət Məclisinin (TBMM) baş katibi Sadəttin Kalkana verilib. Dünyada yaranan parlamentin tarixinə toxunan S.Kalkan Türkiyə də ilk parlamentin 1876-cı ildə yarandığını dilə gətirib. Məruzəsi zamanı TBMM-nin fəaliyyəti haqqında da məlumat verən baş katib onun 1924-cü ildə yarandığını xatırladıb. O söyləyib ki, hazırda TBMM-nin 102 ölkə ilə dostluq əlaqəsi var.

"TürkPA bura üzv olan xalq, dövlət və ölkələr arasında əlaqələrin inkişafında böyük rola malikdir. İnanıram ki bu təşkilat ölkələr arasında əməkdaşlığın inkişafında böyük təsirə malik olacaq",- deyə TBMM-nin baş katibi qeyd edib.

Daha sonra Qazaxıstan Respublikası Parlamentinin senat aparatının müavini Berik Arın çıxış edib. O da öz növbəsində Qazaxıstan Parlamentinin tarixindən, hazırkı fəaliyyətindən söz açıb. O bildirib ki, Parlament ölkənin həm xarici, həm də daxili siyasətində böyük rola malikdir.
Tədbir müzakirələ əsasında davam edib.

Qeyd edək ki, qonaqlar konfransdan əvvəl BDU-da yaradılan ümummili lider Heydər Əliyev müzeyi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə