TürkPA-ya üzv dövlətlərin aparat rəhbərləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbəri Murat Nurtleuov xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsi önünə gül dəstələri qoyublar.

Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbəri Murat Nurtleuov Şəhidlər xiyabanındakı şəhid türk əsgərlərinin memorialını da ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...