“Demokratiya” siyasi partiyalar bloku günün sonuna kimi vahid namizədlər siyahısını açıqlayacaq

Vətəndaş Həmrəyliyi (VHP) və Demokratik İslahatlar (DİP) partiyalarının daxil olduğu "Demokratiya" siyasi partiyalar blokunun 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinə irəli sürdüyü namizədlərin irəli sürülmə kampaniyasına start verilib. Artıq dünəndən başlayaraq namizədlər sənədlərinin dairə seçki komissiyalarına təqdim etməyə başlayıblar. SİA-ya bu haqda məlumat verən VHP Siyasi Şurasının üzvü Samir Əsədli blokun 110 namizədinin olduğunu bildirib.

 

Siyasi Şuranın üzvü sabah günün sonuna kimi namizədlərin hamısının sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim ediləcəyini söyləyib. S.Əsədli 5 gün ərzində həmin sənədlərə baxıldıqdan sonra imzatoplama kampaniyasının başlayacağını qeyd edib. O, diqqətə çatdırıb ki, blokun rəhbərliyinə daxil olan şəxslər günün sonuna kimi vahid namizədlər siyahısını açıqlamağı planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə