Gənclər və idman naziri Azad Rəhimov hesabat xarakterli mətbuat konfransı keçirir - CANLI

Gənclər və idman naziri Azad Rəhimov hesabat xarakterli mətbuat konfransı keçirir - CANLI
Bu gənclər və idman naziri Azad Rəhimov hesabat xarakterli mətbuat konfransı keçirir. SİA-nın verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən konfransda nazir Azad Rəhimovla yanaşı, nazir müavinləri İsmayıl İsmayılov və İntiqam Babayev də iştirak edirlər. Konfransı canlı olaraq diqqətinizə çatdırırıq.

Azad Rəhimov: "Hamını salamlayıram. Yarımillik hesabat konfransını gecikdirməyimizin səbəbi Sinqapurda keçirilən Olimpiadanın nəticələrini gözləməyimiz oldu. Olimpiadada çox böyük nəticə əldə etmişik. 205 ölkə arasında Azərbaycan 11-ci yer tutub. Azərbaycan 5 qızıl medal qazanıb. Ölkə prezidenti bu nailiyyətləri çox yüksək qiymətləndirib, idmançılarla görüş keçirib.

Son 8-9 ayda ümumilikdə 300-dək medal qazanılıb. 36 beynəlxalq turnir keçirilib. Karate, cüdo, bodi-bildinq üzrə beynəlxalq turnirlər keçiriləcək. 200-dək müxtəlif tədbirlər təşkil olunub. Azərbaycanda idman inşaatı davam edilir. 27 Olimpiya kompleksi istifadəyə verilib, 9-u isə tikilməkdədir. Üç kompleksin isə təməlqoyması keçiriləcək. Kür Təlim-Tədris Bazası tikilib. Gimnastika kompleksində işlər başlanılıb. 2011-ci ildə Azərbaycanda Hovuz Kompleksinin tikilməsi nəzərdə tutulub. Daşkəsəndə tikilən kompleks isə dəyişdirilərək gənclər üçün mərkəz inşa olunur. Bu ayda Azərbaycanda ilk dəfə olaraq Avropa ölkələrinin idman nazirləri toplanacaq. 150-dək nümayəndənin iştirakı gözlənilir. İordaniya, Küveyt və Misirlə əməkdaşlıq müqavilələri imzalanıb.
Gənclər sahəsində 40-dan artıq tədbirlər keçirilib. Azərbaycanın 9 ayda 100-dən çox gənci xarici ölkələrdə tədbirlərdə iştirak ediblər. 12 qeyri-hökumət gənclər təşkilatları qeydiyyatdan keçib. Nazirlik daim onları dəstəkləyir. Nazirlik 30 layihəni maliyyələşdirir. "Cəsurlar" "Şahin" hərbi idman oyunları və s. keçirilir. 7 Gənclər Evi fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə